Sizin Reklam Burada

Xarici diplomatlar Laçına getdi

Xarici diplomatlar Laçına getdiYenidən qurulan, abadlaşan Laçın bu dəfə əcnəbi diplomatları qonaq edir. Belə ki, Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan, ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşenin Laçına səfəri başlayıb.

Avrasiya.net xəbər verir ki, qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar. O cümlədən Laçın şəhərinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçiriləcək. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.

Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.

Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti-quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.

Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər