Sizin Reklam Burada

"Laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar"

"Laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar"Böyük Qayıdışa hazırlaşmanın əsas istiqamətlərindən birini də Laçın rayonu təşkil edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilən bütün ərazilərində olduğu kimi Laçında da əsaslı bərpa və quruculuq işləri sürətlə aparılır.

Prezident İlham Əliyevin verdiyi tapşırıqlar əsasında son aylarda Laçın şəhərində, Zabux və Sus kəndlərində yenidənqurma işləri daha da intensivləşib. Burada aparılan abadlaşdırma işləri çərçivəsində yol, elektrik, rabitə infrastrukturu tamamilə yenilənib, yaşayış evləri salınıb, bəzi istehsal müəssisələri yaradılıb.

Bir sözlə, keçmiş məcburi köçkün vətəndaşlarımızın yurd həsrətinə son qoyulması üçün dövlətimiz maksimum səy göstərir. Laçından olan yurddaşlarımızın böyük bir qisminin öz dədə-baba yurdlarına dönüşünə bu ayın axırı, gələn ayın əvvəllərində start veriləcəyi gözlənilir.

Laçınlı dostlarımızla söhbətlərimizdən də hiss edirəm ki, indi laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar. Bəli, laçınlıların 30 illik yurd həsrətinin bitməsinə sayılı günlər qalıb. İnşAllah 2023-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurdakı bütün ərazilərimizə Böyük Qayıdışa şahidlik edəcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər