Sizin Reklam Burada

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıqBildiyimiz kimi may ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət edib. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan xalqı üçün əlamətdar günlərdən biri olan Ulu Öndər Heydər Əliyevin doğum günündə Möhtərəm cənab Prezidentin xalqa müraciətini işğaldan azad edilmiş Azərbaycanın mədəniyyət beşiyi olan Şuşadan etməsi əhəmiyyət kəsb edirdi. Cənab Prezident müraciətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərindən və onun çoxşaxəli fəaliyyətindən və Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin tarixi əhəmiyyətindən bəhs etdi. Dövlətimizin başçısı xüsusi qeyd etdi ki, bu tarixi sərəncam dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi deyən cənab Prezident qeyd etmişdir ki, mən bu gün şadam ki, ata vəsiyyətini yerinə yetirdim və Ulu Öndərin ən böyük arzusu reallığa çevrildi. Dövlət başçımız həmçinin müraciətində 44 günlük Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə də toxunaraq bildirmişdir ki, “bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq”.

Qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərdə soydaşlarımızın öz tarixi yurdlarına qayıtması üçün hazırda dövlətimiz tərəfindən genişmiqyaslı işlər görülməkdədir. “Böyük Qayıdış”ı reallaşdırmaq məqsədilə bu ərazilərdə böyük infrastruktur layihələri icra edilir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Xüsusi olaraq qeyd etməliyik ki, biz işğaldan azad edilmiş Qarabağı, Zəngəzuru yenidən qururuq. Hazırda yaşayış məntəqələrimiz olan kəndlər və şəhərlərimiz yenidən qurulur, burada müasir tələblərə cavab verən binalar tikilir. Bundan əlavə olaraq bildiririk ki, dövlətimiz tərəfindən tarixi mədəni irsimizin qorunması istiqamətində də ardıcıl işlər aparılır. Belə ki, erməni vandalizmi tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimiz bərpa edilməkdədir.

Xatırladırıq ki, bütün bu genişmiqyaslı işlərin həyata keçirilməsi Azərbaycan dövlətinin vəsaiti hesabına icra edilir və biz bu məqsədlə heç bir dövlətdən borc və ya yardım almamışıq. Tikinti bərpa işlərinin başa çatmasından sonra bu ərazilərimiz nəinki Azərbaycan üçün, bütün dünya üçün nümunəvi bölgə olacaqdır.

Həyata keçirilən infrastruktur layihələrinin yeganə məqsədi insanlarımızın öz doğma yurdlarında daha yaxşı yaşamasını təmin etməkdir. Qeyd etməliyik ki, bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə insanlarımızın məşğuliyyətini təmin etmək üçün yeni iş yerlərinin yaradılması istiqamətində də bir sıra işlər görülməkdədir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində daimi iş yerləri yaradılır. Xüsusilə bölgənin turizm potensialını, təbiətini, tarixi abidələrini nəzərə aldıqda burada tikilən yeni otellər nəticəsində yeni iş yerlərinin yaradılması ilə yanaşı eyni zamanda bölgə cazibə mərkəzinə çevriləcəkdir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir. Görülmüş genişmiqyaslı işlər bizə deməyə əsas verir ki, artıq erməni vandalizminə məruz qalmış torpaqlarımıza həyat yenidən qayıdır. İnanırıq ki, tezliklə qaçqın və məcburi köçkünlərimizin hamısı öz doğma yurdlarına qovuşacaq və “Böyük qayıdış” reallığa çevriləcəkdir. Azərbaycan xalqı həyata keçirilən bütün işləri yüksək qiymətləndirir və ölkə başçımızın uğurlu daxili və xarici siyasətini güclü şəkildə dəstəkləyir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər