Sizin Reklam Burada

"Mina qurbanlarının sayı gündən-günə artır"

Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 mülki şəxsin - Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlunun həlak olması xəbərini böyük bir üzüntü və hiddət hissilə qarşıladıq. Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

44 günlük İkinci Qarabağ müharibəsinin bitməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq işğaldan azad edilmiş ərazilərimizdə hələ də tez-tez faciəli mina partlayışlarının baş verməsi Ermənistanın ölkəmizə qarşı, mülki vətəndaşlarımıza qarşı terror siyasətinin başqa formada davam etdirməsi kimi qiymətləndirilməlidir.

Partlayışların baş verdiyi ərazilərdən 2021-ci il istehsalı olan mina qalıqlarınının tapılması da bir daha bu faktı təsdiqləyir ki, Ermənistan rəhbərliyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı ərazilərimizdə cəmləşən erməni separatçıları Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı mina terrorunu məqsədyönlü şəkildə davam etdirir.

Mina qurbanlarının sayı gündən-günə artır."Mina qurbanlarının sayı gündən-günə artır" Belə ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə aktiv döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin və separatçıların basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçularımız və mülki vətəndaşlarımız arasında ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfəri həlak olub, 244 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan bu amansız terror siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara, Ermənistana havadarlıq edən ölkələrə və bütövlükdə dünya birliyinə dəfələrlə müraciət etsə də, lakin hələki heç kim ermənilərin mina terrorizminin qarşısını almağa tələsmir. Sadəcə ümumi bəyanatlarla kifayətlənirlər.

Fransanın ermənipərəst xarici işlər naziri Katrin Kolonna kimi diplomatlar isə hələ də utanıb-qızarmadan 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan, bu gün də ərazilərimizi minalamağa davam edən Ermənistan kimi terrorçu bir dövlətin tərəfini tutmağa davam edir və Azərbaycana qarşı əsassız iddialar səsləndirir.

Biz dünya birliyini Ermənistanı imzaladığı razılaşmalar üzrə öhdəlikləri yerinə yetirməyə və Azərbaycana qarşı təxribatlardan əl çəkməyə sövq etməsi üçün bir an öncə hərəkətə keçməyə çağırırıq. Ermənilərin ərazilərimizdə təşkil etdiyi dəhşətli mina partlayışlarına səssiz qalmağa sizin sadəcə olaraq mənəvi ixtiyarınız yoxdur!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər