Yol Azərbaycanın hədəfindədir - Hraparak
Dərc olunub:
30-03-2023, 14:46
Azərbaycan Sarıbaba yüksəkliyini götürərək, Ermənistandan Qarabağa gedən dağ-meşə yoluna nəzarəti ələ keçirib. Lakin bu yol boyu Ermənistanla müəyyən əlaqə hələ də saxlanılıb. Qarabağdakı mənbəmizdən rəsmi Bakının nə qədər irəlilədiyini soruşduq. Həmsöhbətimiz Azərbaycan Ordusunun torpaq yolu tutmadığını, yola yaxınlaşdığını və yol boyu hərəkətin təhlükəli olduğunu bildirdi.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Yol Azərbaycanın hədəfindədir, ona görə də ermənilər ondan istifadə etməkdən yayınır. Azərbaycan Silahlı Qüvvələri 1 kilometrə yaxın irəliləyib”,- məlumatda deyilir.