Xankəndi şəhərində kəskin qiymət artımı müşahidə olunur
Dərc olunub:
7-03-2023, 13:17
Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhərində kəskin qiymət artımı müşahidə olunur.
Avrasiya.net Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni sakinlərdən biri danışıb.
O bildirib ki, Qarabağda vəziyyət getdikcə daha da çətinləşir:
“Bir limon əvvəllər 150 drama (0,66 AZN) satılırdı, indi 1000 dram (4,38 AZN) olub. Meyvə-tərəvəzlər də bir neçə dəfə bahalaşıb. Satıcılar bu çətin vəziyyətdə məhsulları ucuz satmalıdırlar, lakin tam əksi olur. Şəhərdə ümidsizlik hökm sürür”.