Daha üç erməni Xankəndidən Ermənistana aparıldı
Dərc olunub:
7-01-2023, 14:08
Xankəndidə həkim nəzarətində olduğu bildirilən daha üç xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Ermənistanın müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Köçürülən xəstələrdən biri “Daun sindromlu” 2 aylıq uşaq, digər ikisi isə “İnfeksiya ilə mürəkkəbləşmiş sağ çiyin oynağının kistası” və “Kəskin leykoz” diaqnozu olan yetkin xəstələrdir.
Xatırladaq ki, azərbaycanlı ekofəallar dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa rayonundan keçən hissəsində fasiləsiz etiraz aksiyası keçirirlər.