Qarabağa “Vaqner” və SEPAH “dəvət edilir”

Qarabağa “Vaqner” və SEPAH “dəvət edilir”Laçın yolunda aksiyanın başlanmasından sonra Bakını bombalamaq çağırışı edən rus ekspertləri “Vaqner”in Qarabağa göndərilməsi təkliflərini də gündəmə gətirir.

Milli təhlükəsizliyin ictimai tətbiqi problemləri mərkəzinin rəhbəri, istefada olan polkovnik Aleksandr Jilin Qarabağdakı separatçı-terrorçulara başçılıq etmək istəyən Ruben Vardanyana, eləcə də erməni diasporuna iki tövsiyə verib:

Birincisi, SEPAH-dan dəstək almaq: “Vardanyanın timsalında “arsax” rəhbərliyi Tehrandan hərbi kontingentin gəlməsini istəyə, SEPAH-ın real hərbi dəstəyini əldə edə bilər”;

İkincisi, “Vaqner”in Qarabağa gətirilməsidir: “Zəngin erməni diasporu bir neçə özəl hərbi şirkətə müraciət edə, “arsax ordusu”na dəstəyi təmin edə bilər, bunun “Vaqner” olması da mümkündür”.

İstisna deyil ki, ehtiyatda olan polkovnik bununla Rusiya özəl hərbi şirkətlərinin ictimai lobbiçiliyini də aparır və zəngin ermənilər özəl şirkətləri separatçıların “müdafiəsi”nə cəlb etmək təklifini dəyərləndirə, Xankəndidəki mitinqdə Bakıya “müharibə elan” edən milyarder Vardanyanın özü də bu işə pul xərcləyə bilər.

Bu baxımdan, “Vaqner” tipli özəl hərbi şirkətlərin bölgəyə “sülhməramlı” formasında, yaxud “mülki geyim”də hərbçilər göndərə biləcəyi ehtimalı da nəzərə alınmalı, Laçın yolunda daşınan yüklərlə yanaşı, keçən şəxslərə də diqqət yetirilməlidir.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər