Sizin Reklam Burada

Zəngəzur dəhlizi reallığa çevrilir

Zəngəzur dəhlizi reallığa çevrilir Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə keçiriləcək prezident seçkilərində səhhəti ilə əlaqədar iştirak etməkdən imtina etdikdən sonra Azərbaycan xalqına etdiyi müraciət ölkəmizin gələcək inkişafında mühüm rol oynadı. Özünün ən layiqli siyasi varisi olaraq elan etdiyi İlham Əliyev cənabları barədə “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli Liderin sözlərinin ötən müddət ərzində reallığa çevrilməsi onun dahi şəxsiyyət olmasının bariz sübutu oldu.

Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan İlham Əliyev cənablarının 2003-cü ildə yekdilliklə ölkə rəhbəri seçilməsi bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı Ümummilli Liderin milli dövlət quruculuğu siyasətinə dərindən inanır.

İlk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı İlham Əliyev öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.

Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev cənabları isə öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı özünün əsl siyasi lider olduğunu isbatlayıb. Cənab Prezidentin 19 ildən artıq davam edən fəaliyyətinin ən yüksək zirvəsini isə 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbəmiz təşkil edir. Məhz bu böyük zəfər nəticəsində işğal altında olan torpaqlarımız mənfur düşmənlərdən azad edildi. Ali Baş Komandanımızın rəhbərliyi altında əldə edilmiş qələbə nəticəsində Azərbaycan xalqı qalib xalqa, Azərbaycan dövləti qalib dövlətə çevrildi.

Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərdən iki ildən artıq müddətin keçməsinə baxmayaraq dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlər həyata keçirilir. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz evlərinə qayıtmalarını nəzərdə tutan Böyük Qayıdışın reallığa çevrilməsi məqsədilə infrastruktur layihələri icra edilməkdədir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyir. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib.

Məhz bunun nəticəsidir ki, qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görülüb. Bundan əlavə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməkdədir. Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”. Bu isə təkcə ölkəmiz üçün deyil bütün region, xüsusilə türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin işə düşməsi bizimlə yanaşı region ölkələrinin iqtisadi və ticarət əlaqələrinin inkişafına, yükdaşımaların həcminin artmasına mühüm tövhə verəcəkdir.

Bütün ortaya çıxacaq mümkün çətinliklərə, xaricdə olan havadarlarına güvənərək qeyri-konstruktiv mövqe ortaya qoyan Ermənistanın bu layihənin reallığa çevrilməsinin qarşısını almaq üçün etdiyi cəhdlər inanırıq ki, nəticəsiz qalacaqdır. Ermənistan gec-tez yeni yaranmış reallıqlar fonunda üzərinə götürdüyü öhdəlikləri icra etməyə məcbur olacaq və region sülh və sabitliyin mərkəzinə çevriləcəkdir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə etdiyi hər bir uğur bir daha xalq-iqtidar birliyinin möhkəm təməllər üzərində qurulduğunu göstərir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər