Sizin Reklam Burada

İşğaldan azad edilmiş kənddə yanğın baş verdi

İşğaldan azad edilmiş kənddə yanğın baş verdiFövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonunun işğaldan azad edilmiş Aybasanlı kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki quru ot və kol-kos sahədə baş verdiyi və bilavasitə yaxınlıqda yerləşən əkin sahələrinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülən təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına və əkin sahələrinə keçməsinə imkan verilmədən söndürülməsi təmin olunub. Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 25 hektar sahədə quru ot və kol-kos yanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər