Qarabağda ölən 86 erməni hərbçinin cəsədi hələ də morqdadır
Dərc olunub:
9-06-2022, 10:45
İkinci Qarabağ müharibəsində ölmüş 86 erməni hərbçinin cəsədi hələ də Ermənistandakı Metsamor və Heratsi morqlarlarında saxlanılır.
Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Bildirilir ki, yaxınları cəsədlərin onların övladları olduqlarını qəbul etmək istəmirlər.
“Müharibədən təxminən 2 il keçməsinə baxmayaraq, övladlarını itirən bəzi valideynlər onların sağ olduğuna inanır, ümidlərini itirmirlər”, - deyə qəzet yazır.
Qeyd edilir ki, Ermənistanda bəzi valideynlər ölkədə həyata keçirlən DNT testinə etibar etmirlər. Bu səbəbdən də bəziləri öz vəsaitləri hesabına xaricdə DNT testini təşkil etdiriblər. Nəticədə 1 il əvvəl morqlarda saxlanılan 100 cəsəd sayı 86-ya enib.