Qədim Şuşa beynəlxalq tədbirlər mərkəzinə çevrilir
2022 - ci il aprelin 29-da Şuşada "Cənubi Qafqaz inkişaf və əməkdaşlıq konfrans" I keçirilmişdir. Bu konfrans tarixi və əlamətdar bir hadisədir.Konfransın Şuşada keçirilməsi bir daha göstərir ki, Azərbaycanın mədəniyyət paytaxtı və tarixi şəhəri Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir.
Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsində, hətta bütün regionda təmin olunmasında maraqlıdır. Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin, bölgə ilə maraqlanan ekspertlərin buradakı iştirakı bir daha sübüt edir ki, bu beynəlxalq əhəmiyyətli bir tədbirdir.
Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə yeni mərhələnin, yeni geosiyasi vəziyyətin yaranmasının əsasını qoymuş oldu .
Dünya güclərinin maraqlarının toqquşduğu bir coğrafi mövqedə yaşayırıq. Beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altına almağa çalışıblar.Bu səbəbdən Cənubi Qafqazda sülh məsələsi həmişə həssas olmuşdur. Tarixi torpaqlarımızda sülhün pozulmasında Ermənistanın müstəsna rolu var. Azərbaycanın torpaqlarını otuz il işğal altında saxlamış, Cənubi Qafqazda sülhə ən böyük maneə olmuşdur. Region da vacib səmərəli istifadə hallarını məhdudlaşdırmışdır.
"Sülhün təminolunması, ədalətin bərpası üçün ATƏT_in Minsk qrupunun otuz illik fəaliyyəti heç bir nəticə verməmişdir."
BMT-nin dörd qətnaməsi imzalanmış Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd - şərtsiz çəkilməsini tələb edilmişdir. Amma regionda sülh təmin edilməmişdir.
Azərbaycan sülh yolunda otuz il səbir nümayiş etdirsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan bu gün torpaqlarını işğaldan azad etməklə yeni bir mərhələyə daxil olmuşdur. Azərbaycan gələcəyə doğru yol açmış və bu istiqamətdə əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazır olduğunu sübut etmişdir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə ölkə ,həm də beynəlxalq əhəmiyyətli layihələr ,bərpa ,quruculuq işləri aparılır. Bu ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi erməni vəhşiliyini açıq bir şəkildə maddi sübut kimi dünyaya nümayiş etdirir.
Azərbaycanın sülhə və gələcəyə inamını əks etdirən işləri bütün dünyanın diqqət mərkəzindədir.
Cənubi Qafqazda sülhü təmin etmək üçün layihə və proqramlar hazırlanıb. Avropa İttifaqı nın regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdəki siyasətinə olan dəstəyi nümayiş etdirir.
Qərbi və Şərqi birləşdirən Cənubi Qafqazda sülhün təmin olunması ən vacib amillərdən biridir.Mühüm yolların kəsişdiyi bu bölgədə iqtisadi və kommunikasiya imkanlarından bərabər istifadə etmək Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas məqsədlərindən biridir.
Rəşad Rəhmanov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru