Xankəndi əhalisinə şok xəbərdarlıq: Əhali təxliyə olunur
Dərc olunub:
25-04-2022, 11:31
Sosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiya sürətlə yayılır.
Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, separatçıların adından yayılan məlumatda Xankəndi şəhərinin əhalisinə xəbərdarlıq edilir. Bildirilir ki, buradakı ermənilər aprelin 30-na qədər təxliyə olunacaqlar.
Sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub.