Sizin Reklam Burada

Sərhəddə atışma: bir erməni əsgər öldü, digəri yaralandı

Sərhəddə atışma: bir erməni əsgər öldü, digəri yaralandıAzərbaycanla sərhəddə yerləşən erməni hərbi postunda baş verən ölüm faktı ilə bağlı erməni sosial şəbəkələrində bəzi məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri erməni 2002-ci il təvəllüdlü əsgər Levon Siroyanın daxili mübahisənin qurbanı olduğunu iddia edib. Bildirilib ki, L.Siroyan əvvəlcə öz döyüş yoldaşına atəş açıb, daha sonra isə özünü güllələyib.

Hərbçi yoldaşının yaralandığı, özünün isə öldüyü bildirilir.

Bu məlumatın həqiqətə uyğun olmasını təsdiqləyən digər fakt isə Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasıdır. Ermənistan MN L.Siroyanın ölməsi, digər hərbçinin yaralanmasının səbəbi kimi Azərbaycan Ordusunun hücumu haqda şayiələri təkzib edib. Nazirlik qeyd edib ki, Azərbaycan Ordusunun hər hansı atəş açması və hücumu barədə iddiaların heç bir əsası yoxdur.

Ermənistan MN əsgərin ölümü ilə bağlı faktın araşdırıldığını qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər