“ABŞ Rusiyanın müharibədən məğlub olaraq çıxmasını istəmir"

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Paşinyan bəyan edib ki, onlar Konstitusiyalarına dəyişiklik etməyi Azərbaycanla müzakirə etməyiblər və etmirlər. Bu onların daxili işidir. Bu, yekun sülh sazişinin imzalanmayacağı deməkdir?

-Görünür, Ermənistan bəzi məsələləri Rusiya ilə razılaşdıra bilməyib. Ermənistan Ukraynanın kapitulyasiyaya məcbur edildiyini görüb daha çox qorxmağa başlayıb. Onlar artıq yekun sülh sazişi olmadan belə Azərbaycan üzərindən yüklərini daşıya bilirlər, Azərbaycandan neft almağı planlaşdırır, Türkiyə ilə sərhədləri açmağa hazırlaşırlar, sərhədlərin demarkasiyası işi də davam edir və s. Yəqin düşünürlər ki, yekun sülh sazişi olmadan da keçinmək olar. Amma kimlərisə qıcıqlandırmağa dəyməz. Ermənistan həm də bizi yekun sülh sazişi üçün Rusiya ilə danışmağa məcbur etmək istəyir. Düşünməyə dəyər.

-Bu vəziyyət Azərbaycanı qane edirmi?

-Yalnız bizə yox, regiona sülh lazımdır ki, xarici investisaya bölgəyə axsın, geniş islahatlar aparılsın, region inkişaf etsin, çiçəklənsin. Appendisit sağlam orqanizm üçün təhlükə yarada biləcəyi kimi, Ermənistan da regionda sülhə təhlükə yarada biləcək çıxıntıdır. Vaşinqton Bəyannaməsinin imzalanmasından 4 aydan artıq vaxt keçsə də, Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılmır. Azərbaycan Ermənistanda revanşistlərin mövqeyini zəiflətmək üçün, Paşinyana dəstək olan qərarlar qəbul etməklə sülhün dönməzliyini təmin etmək istəyir. Görünür, Paşinyan bunu düzgün qiymətləndirə bilmir. Vaşinqton Bəyannaməsindən sonra güc tətbiq etməklə Zəngəzur dəhlizinin açılması xeyli çətinləşib, amma hökumət onlara bildirməlidir ki, bu variant heç vaxt tam olaraq gündəlikdən çıxmayıb. Ermənistandakı seçkiləri gözləməliyik.

- Ukrayna kapitulyasiya aktına imza atcaqmı?

-Ukrayna 20%-dən artıq ərazisini itirəcək. ABŞ 1994-cü ildə Ukraynanı Badapeşt memorandumunu imzalamağa məcbur etdiyi kimi, indi də kapitulyasiyaya məcbur edir. ABŞ prezidenti Putinə pərəstiş edir, çünki Avropa liderləri demokratların qalib gəlməsini istəyirdisə, Putinin rəğbəti Trampa idi. Tramp borcunu qaytarmaq istəyir. Həm də ABŞ Rusiyanın müharibədən məğlub olaraq çıxmasını istəmir. ABŞ güclü Rusiya vasitəsilə Avropanı sözəbaxan edir və qorxu altında saxlayır. Avropa ABŞ üçün yüksək alıcılıq qabiliyyəti olan zəngin bazardır. ABŞ-yə həm də böyük Rusiya bazarı və onun təbii sərvətləri lazımdır. Rusiya məğlub olsa, parçalana bilər və Uraldan Şərqə Rusiya əraziləri bütünlüklə Çinin nəzarətinə keçər. Ona görə ABŞ-də düşünürlər ki, Rusiya müharibədən qalib ayrılmalı və ABŞ ilə yaxınlaşmalıdır. Yalnız bu halda ABŞ Çinlə rəqabət apara bilər.

-Tramp niyə sülh üçün tələsir?

-İlk növbədə bunu Rusiya ondan tələb edir. Həm də Tramp inanır ki, insan ölümünün dayandırılması ləyaqətli sülhdən daha vacibdir və o , 2026-ci ildə buna görə Nobel sülh mükafatını ala bilər. ABŞ-nin digər maraqları barədə də artıq danışdım.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər