star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcək

Hindistan-Pakistan münaqişəsi: dünya cəhənnəmə dönəcəkRusiyalı politoloq Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- Pakistan və Hindistan arasında münaqişə son günlər yenidən alovlanıb. Sizcə, müharibə mümkündürmü və bundan sonra nələr baş verəcək?

- Düşünürəm ki, genişmiqyaslı müharibə olmayacaq. Nəzərə alsaq ki, Hindistan və Pakistan arasında münaqişəli vəziyyət 1971-ci ildən davam edir. Burada hər şey İran və İsrailin timsalında və oxşarında olacaq: zərbələr mübadiləsi və sonra bəzi proksi hərəkətlər. Pakistan və Hindistanın nüvə imkanlarını nəzərə alsaq, tammiqyaslı müharibə olmayacaq. Onlar sadəcə zərbələr mübadiləsi aparacaq, bu qədər.

- Yaxın Şərq və Ukraynadakı münaqişələr fonunda dünya gücləri buna necə reaksiya verəcək?

- Böyük müharibə ancaq İsraillə İran arasında birbaşa münaqişə baş verərsə, başlaya bilər. Yenə də hindlilər və pakistanlılar daha ağıllıdır, hərbi əməliyyatlara həmişə çox diqqətlə yanaşıblar. İndi beynəlxalq ictimaiyyət bu ölkələri sakitləşdirməyə çalışacaq, çünki dünyada kifayət qədər gərginlik var. Bu münaqişə də alovlansa, bütün dünya cəhənnəmə dönəcək. Çünki Pakistanın bildiyimə görə 200 milyondan çox əhalisi var, amma Hindistanın bir milyarddan çox. Belə bir qarışıqlıq hazırda beynəlxalq səhnədəki əsas oyunçuların heç birinə sərfəli deyil.

- Genişmiqyaslı müharibə olarsa, hansı dövlətlər qoşula bilər və kim kimə dəstək verəcək?

- Hərbi əməliyyatlar başlasa, heç bir dünya dövləti qarşıdurmaya qoşulmayacaq. Pakistan və Hindistan arasında hərbi əməliyyat baş verərsə, güclər öz təhlükəsizliklərində maraqlı olacaq. Çünki iki böyük ölkə qlobal iqtisadiyyata böyük ziyan vura bilər. Bu aspektdə, xüsusən də Yaxın Şərqdəki vəziyyəti nəzərə alıb, üçüncü ölkələrin iştirakına ehtimal vermirəm. İndi hər kəs öz işini görəcək və öz maraqlarını düşünəcək. Bəlkə də ancaq pərdə arxasında İngiltərə və Türkiyə Pakistanı dəstəkləyəcək. Türkiyənin münaqişəyə birbaşa qarışması ehtimalı azdır. Amerikalılar və onların müttəfiqləri Hindistanı dəstəkləyəcək. Çətin ki, hər hansı bir ölkə münaqişə tərəflərini dəstəkləməkdə birbaşa iştirak etsin. O vəziyyət, o vaxt deyil. İndi bütün dünya alovlanıb və hamı Üçüncü Dünya müharibəsindən qorxur. Bu, müharibə artıq gedir, lakin Hindistan və Pakistan arasında münaqişə alovlanarsa, o zaman bütün regionda prinsipcə böyük itkilər qaçılmaz olardı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər