Burada Sizin reklam ola bilər!

“Çox istərdim ki, hakimiyyət bölgüsünə real məzmun verən yeni konstitusiya qəbul olunsun”

“Çox istərdim ki, hakimiyyət bölgüsünə real məzmun verən yeni konstitusiya qəbul olunsun”Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, yeni ilin ilk iş həftəsi başladı, Prezident tərəfindən “konstitusiya və suverenlik ili” adlandırılan 2025-ci ildən gözləntiləriniz nədir?

- Xalqımızı bir daha Yeni ilin başlanması münasibətilə təbrik edirəm. Çox istərdim ki, yeni ildə dövlət hakimiyyətinin idarə olunmasında hakimiyyət bölgüsünə (hakimiyyətin qanadlarının qarşılıqlı olaraq bir-birinə nəzarətini təmin edən və dövlət hakimiyyətinin həyata keçirilməsində qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans yaradan) real məzmun verən yeni konstitusiya qəbul olunsun. İnsanlarımızın yüksək həyat səviyyəsini, təhlükəsizliyini, hüquq və azadlıqlarını Qərb standartaları səviyyəsində təmin edəcək ciddi islahatlar həyata keçirilsin. Azad bazar prinsiplərinə əsaslanan güclü iqtisadiyyat, sosial ədaləti təmin edən hüquq dövləti quraq, dünyaya açılaq.

- Bu il Ermənistanla sülh sazişinin imzalanmasını mümkün sayırsınızmı?

- Öz öhdəliklərinə uyğun olaraq, Naxçıvana maneəsiz gediş-gəlişə razılıq verməyənə qədər Ermənistanla sülh sazişi imzalamamalı və həmin ölkə ilə hər hansı formada əməkdaşlıqdan imtina etməliyik. O cümlədən, sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində. Sülh sazişinin imzalanması Ermənistandan asılıdır. Daha doğrusu Ermənistanı yönəldən və qorxudan ölkələrdən.

- Nə sülh, nə müharibə variantı milli maraqlarımıza cavab verirmi?

- Ölkəmizin və regionun təhlükəsizliyi və inkişafı üçün bölgəyə sülh lazımdır, amma bu milli mənafelərimizdən imtina hesabına olmamalıdır. Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyət kəsb edən məsələdir. Azərbaycan sülh danışıqlarında bu məsələni əsas şərt kimi irəli sürməlidir.

- Ermənistan atəşkəsi poza bilərmi?

- Ermənistan və tərəfdaşları hesab etsələr ki, artıq onlar üçün gözlədikləri əlverişli beynəlxalq şərait yaranıb, dərhal ölkəmizə hücüm edəcəklər. Ona görə büdcədə hərbi xərclərin artırılmasını dəstəklədim. Ermənilər qələbə eyforiyasına düşdüyümüzü və bunun nəticəsi olaraq bizim üçün ağır nəticələrə səbəb olacaq yanlış qərarlar qəbul edəcəyimizi proqnozlaşdırırlar. Onların ekspertlərinin bizim ölkəmizdə yaşananları necə şərh etdiklərini dinləyib, təhlil etsəniz buna əmin olarsınız. Onlar deyirlər ki, bizdə qələbədən sonra yaranmış özgüvən hissi imkanlarımız haqqında yanlış təsəvvürlər yaradıb. Biz müasir çağırışları və rəqiblərimizin imkanlarını düzgün qiymətləndirə bilmirik. Düşünürük ki, gələcək uğurlar daha asan əldə olunacaq. Qələbənin yaratdığı təkəbbürlülük şəxsi, siyasi və beynəlxalq münasibətlərimizi korlayacaq, bizi müttəfiqlərimizin və tərəfdarlarımızın dəstəyindən məhrum edəcək. Cəmiyyətdə parçalanma daha da dərinləşəcək və bu, barışa, mili birliyə imkan verməyəcək. Qələbə eyforiyası ölkəmizdə durğunluğa yol açacaq, cəmiyyətdə təşəbbüskarlıq olmayacaq, ölkə geri gedəcək. Hadisələrə eyforiyanın yaratdığı təkəbbürlülükdən doğan impulsiv yanaşma strateji qərarların qəbulu zamanı nəticələri düzgün hesablamağa imkan verməyəcək. Onlar açıq söyləyirlər ki, dəqiq milli hədəflərin və onlara çatmaq üşün strateji planların olmaması qələbə eyforiyasının keçməsi ilə cəmiyyətimizdə boşluq və böyük ümidsizlik yaradacaq.
Ermənistan eyni zamanada Ukraynadakı müharibənin sonunu gözləyir. Özlərini sülh istəyən tərəf kimi göstərməklə revanşist müharibəyə başlayacaqları zaman bizi təcavüzkar tərəf kimi ittiham etməyə çalışacaqlar.

- Qüdrət bəy, İranın gerizəkalı mollalarının yenidən bizə hücum etməsini necə qarşıladınız?

- Pezeşkian İranı sosial xarakterli inqilablardan və ölkəni dağılmaqdan qoruyacaq bəlkə də son ümid idi. O seçiləndə demişdim ki, ali dini lider onu islahatlar həyata keçirməkdə dəstəkləməsə, o heç nəyə nail ola bilməz. Çünki İranda prezident “günah keçisi” rolunda çıxış edir, real hakimiyyət dini liderdə və təhlükəsizlik qüvvələrindədir. İndi tam aydın olur ki, Pezeşkianı seçkilərdə dəstəkləməkdə əsas məqsəd mütərəqqi insanların nümayəndəsi kimi onu hakimiyyətə gətirib islahat tərfdarlarını xalqın gözündən salmaq olub. Qeyd etdiyiniz gerizəkalılar Pezeşkiana hər hansı islahat aparmağa, beynəlxalq əlaqələri yaxşılaşdırmağa, İranı sivil dünyadan qovulmuş ölkə statusundan xilas etməyə imkan verməyəcəklər. Ona görə Azərbaycan qısa bir zamanda ərzaq ehtiyatlarını ən azı iki dəfə artırmalı, İranda baş verən proseslərin ən gözlənilməz senarisinə hazır olmalıdır. Ola bilsin Allah-Təala İlham Əliyevin üzərinə daha bir tarixi missiya qoyub.

Lena
Lena от 10 yanvar 2025 12:57
Good post. I learn something new and challenging on sites I
stumbleupon every day. It will always be interesting
to read content from other authors and use something
from other websites.

Also visit my page ... reference
Cierra
Cierra от 11 yanvar 2025 20:38
Эффективность и ответственность- стержни бизнеса ОАО «НОВАЭМ».
Kiera
Kiera от 15 yanvar 2025 01:58
Электропривод запорно регулирующей арматуры обеспечивает автоматическое управление потоками рабочих сред, повышая эффективность и точность регулирования.
Он может быть интегрирован в системы автоматизации промышленных объектов.
Mei
Mei от 15 yanvar 2025 04:53
For lots of people, Car Insurance in Las Vegas Nevada is an essential expenditure for calmness of thoughts on the
road. Contrasting quotes may help you locate the most ideal prices for Car Insurance in Las Vegas Nevada.
Some insurance policy providers use savings
completely driving records on Car Insurance in Las Vegas
Nevada. Ensure to inquire about all available savings
when acquiring Car best insurance companies las vegas in Las Vegas Nevada.
Debbra
Debbra от 15 yanvar 2025 15:35
Hello just wanted to give you a brief heads up and let you know a few of the images aren't loading
properly. I'm not sure why but I think its a linking issue.
I've tried it in two different browsers and both show the same outcome.
betflix 24
Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər