Sizin Reklam Burada

İsrailin bir səbəbi var idi: Moskva və Bakı kimi... – Arkov

İsrailin bir səbəbi var idi: Moskva və Bakı kimi... – ArkovCənubi Qafqaz üzrə ekspert, rusiyalı politoloq Vitali Arkovun Axar.az-a müsahibəsi:

- Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bir çox ölkə İsrailin siyasətindən və hərbi fəaliyyətindən narazıdır. Sizcə, bütün bu proseslər necə bitəcək?

- Yaxın Şərqdə hələ də İsrailin regiona tamamilə yad süni dövlət qurumu olduğuna dair güclü bir inam var. Təl-Əvivin siyasəti qonşuları ilə barışmaq əvəzinə, yalnız düşmənçiliyin, hətta nifrətin artmasına səbəb olur. Bu, xüsusilə Qəzzada hərbi əməliyyatlar fonunda artıb. Bir tərəfdən İsrailin bunun üçün formal səbəbi var idi, onun Fələstin və region ölkələrindəki radikallarla münasibəti yaxşı deyildi. Baxın, 2022-ci ilin fevralında Moskva Ukraynada kök salmış neonasistlərin Donbasın gündəlik atəşə tutulmasına dözməmək qərarına gəldi, Bakı 2023-cü ilin sentyabrında tarixən Azərbaycan torpağı olan Qarabağı İrəvandan dəstəklənən silahlılardan təmizləməyə başladı. İsrail də eyni prosesə başlayıb.

Digər tərəfdən, İsrail ordusunun Fələstini qədim zamanlardan öz vətəni hesab edən minlərlə günahsız dinc ərəbin həlak olmasına yol açan hərəkətləri bütün hədləri çoxdan aşıb və baş verənlər getdikcə daha çox soyqırımı xatırladır. İsrailin regionda onunla iqtisadi cəhətdən uğurla qarşılıqlı əlaqəsi olanlardan daha çox düşməni var. Barışmaz düşmənlərdən biri də İraq idi. İsrail təkbaşına bunun öhdəsindən gələ bilmədi, lakin onun ABŞ-ın siyasi rəhbərliyinə böyük təsir dairəsi bunu öz əlləri ilə etməyə imkan verdi. Hazırda İraq əksər hallarda ərazilərinə müxtəlif xarici qüvvələr və hətta terrorçu qruplar tərəfindən nəzarət edilən nominal dövlətdir. Ehtimal etmək olar ki, bu dəfə də İsrail İranla bağlı oxşar ssenarinin həyata keçirilməsinə ümid edir. Onun öhdəsindən gələ biləcəyi yeganə ölkə Livandır və Təl-Əviv faktiki olaraq bu dövlətə qarşı təcavüz etməklə, Tehranı genişmiqyaslı hərbi münaqişəyə sürükləməyə çalışır. İsaril “böyük qardaşı” ABŞ-ın ayağa qalxması üçün özünü qurban kimi təqdim edir.

- ABŞ-da prezident seçkisi yaxınlaşır. Namizədlərin (Harris və Tramp) bu regiona fərqli yanaşmalarını nəzərə alsaq, ABŞ-ın Yaxın Şərqlə bağlı siyasəti necə dəyişəcək?

- Ənənəvi olaraq Respublikaçılar Partiyasının Təl-Əvivlə daha sıx əlaqələri var. Diqqət çəkən odur ki, bu, Ər-Riyadla da eynidir, lakin bu, necə deyərlər, tamamilə fərqli bir hekayədir. Aydındır ki, İsrail öz hərəkətləri ilə indi respublikaçıların seçki kampaniyasının “dəyirmanına su tökür”, çünki Trampın Ağ Evə “ikinci gəlişindən” maksimum yararlanmağa ümid edir. Harris və Trampın qalib gəlməsindən asılı olmayaraq, ABŞ dünyada hegemonluğunu bərpa etmək üçün birbaşa hərbi münaqişələrdən yayınıb, başqa üsullardan istifadə edəcək. Başlanğıc üçün Bayden dövründə baş verənlərin nəticələrindən istifadə edəcəklər. Özləri çox maliyyə sərf etmədən: AB ölkələri yenidən Ukraynaya yardım verməyə məcbur olacaq və Tayvanla bağlı siyasətində güzəştlər müqabilində Avropada möhkəmlənməyə çalışan (onsuz da Pekin Belarus, Serbiya və Macarıstanda möhkəm oturub) Çin üçün bu ölkədə müəyyən bir seqment ayrılacaq, Livanın “reanimasiyası” Ərəb Dövlətləri Liqasına həvalə olunacaq və s.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər