Sizin Reklam Burada

"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."

"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..." "Qərbi Azərbaycandan zorakılıqla qovulmuş soydaşlarımızın parlamentdə öz tarixi ata-baba yurdlarına qayıdışına dəstək məqsədilə müvafiq komitə formalaşdırmalıyıq"

Bunu ƏHD partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın sualını cavablandırarkən deyib.

- Qüdrət bəy, Qərbi Azərbaycan İcması Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini şübhə altına alan seperatçı qüvvələrin Ermənistanda fəallaşması ilə əlaqədar bəyanatla çıxış edib edib. Bəyanatda deyilir ki, Ermənistan bu cür qüvvələrin fəaliyyətinə son qoymasa onlar Qərbi Azərbaycan mühacirət hökuməti yaradacaqlar və yeni çağırış Milli Məclisə müraciət edəcəklər ki, Qərbi Azərbaycanlıların qayıdışı üzrə Komitə formalaşdırılsın. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Çox təəssüf ki, Ermənistan hökuməti siyasi riyakarlığına son qoymur. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə seperatçı qüvvələrə Ermənistan parlamentində "repatriasiya komissiyası" yaratmaqla geniş fəaliyyyət imkanı yaradır, cəmiyyətdə yeni müharibəyə səbəb olacaq, xaricdən yönləndirilən və qızışdırılan revanşist qüvvələrin fəaliyyətlərini genişləndirmələrinə hər cür şərait yaradır. Qərbi Azərbaycan İcmasının bəyanatını tam dəstəkləyirəm. Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa, Qərbi Azərbaycandan zorakılıqla qovulmuş soydaşlarımızın Azərbaycan Respublikasında özlərinin mühacir hökumətlərini qurmalarına hər cür dəstək olmalı, parlamentdə onların öz tarixi ata-baba yurdlarına qayıdışına dəstək məqsədilə müvafiq komitə formalaşdırmalıyıq.
Bu Ermənistana və onun havadarlarına layiqli cavab olardı. Ermənistan anlamalıdır ki, onun tutduğu yol erməni xalqına və dövlətinə yaxşı heç nə vəd etmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər