Sizin Reklam Burada

Ana südü ilə qidalanmanın uşaqların və anaların sağlamlığına təsirləri

Ana südü ilə qidalanmanın uşaqların və anaların sağlamlığına təsirləriUşaqların sağlam inkişafı hər bir cəmiyyətin gələcəyi üçün ən vacib amillərdən biridir. Bu baxımdan, uşaqların fiziki və psixoloji sağlamlığının qorunması xüsusi əhəmiyyət daşıyır. Ana südü ilə qidalanma uşaqların sağlam inkişafına böyük təsir göstərən vacib amillərdən biridir. Ana südü ilə qidalanma körpələrin fiziki inkişafını təmin etməklə yanaşı, onların emosional və psixoloji sağlamlığının da möhkəmlənməsinə kömək edir.

Bu mövzuda daha ətraflı məlumat əldə etmək üçün, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin psixoloqu Nərminə Cəfərova ilə söhbət etdik. O, ana südü ilə qidalanmanın uşaqların inkişafına necə təsir etdiyini və analara hansı tövsiyələri verə biləcəyini bizimlə paylaşdı.

- Ana südü ilə qidalanma ana ilə uşaq arasında hansı psixoloji bağı gücləndirir, körpələrin emosional inkişafı necə olur?

- Ana südü ilə qidalanma ana ilə uşaq arasında emosional bağı gücləndirir. Bu bağın əsasında güvən dayanır. Ana ilə körpə bir-birinə güvənir, bu da onların arasında güclü emosional bağın yaranmasına səbəb olur. Ana südü ilə qidalanan uşaqlar daha sakit, mehriban və özünəinamlı böyüyürlər. Onların emosional inkişafı daha sağlam olur, çünki ana südü ilə qidalanma zamanı ana ilə körpə arasında yaranan yaxınlıq və güvən hissi emosional tənzimlənməyə kömək edir.

- Ana südü ilə qidalanma analar üçün stressi necə azaldır, körpələrin özgüvən və sosial bacarıqlarına necə təsir edir?

- Ana südü ilə qidalanma zamanı anaların hipofiz bezindən prolaktin və oksitosin hormonları ifraz olunur. Bu hormonlar xoşbəxtlik, ümid və sevgi hormonları kimi tanınır və analara sakitlik və xoşbəxtlik hissi verir. Bu hormonlar sayəsində analarda doğum sonrası depressiya riski azalır. Ana südü ilə qidalanan uşaqlarda davranış pozuntusu və depressiyaya daha az rast gəlinir. Onlar daha yüksək intellektə malik olurlar və sosial bacarıqları inkişaf edir. Ana ilə yaranan güvən bağları onların özgüvənlərinin formalaşmasına kömək edir.

- Ana südü ilə qidalanan körpələrin gələcəkdə psixoloji sağlamlıqları necə təsirlənir?


- Ana südü ilə qidalanan uşaqların psixoloji sağlamlığı daha möhkəm olur. Uzunmüddətli araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlar daha yüksək İQ səviyyəsinə malik olur, öyrənmə çətinliyi və davranış problemlərinə az məruz qalırlar. Ana südü ilə qidalanma körpənin etibarlı bağlanma stilinin formalaşmasına kömək edir. Etibarlı bağlanma körpənin özünü təhlükəsiz hiss etməsinə və gələcəkdə daha sağlam münasibətlər qurmasına səbəb olur. Ana südü həm körpənin fiziki, həm də psixoloji inkişafına müsbət təsir edir. Fiziki olaraq körpənin immunitet sistemini gücləndirir, zehni inkişafını dəstəkləyir və psixoloji olaraq emosional bağların qurulmasına və davranış problemlərinin azalmasına kömək edir.

- Ana südü ilə qidalanmanın körpənin zehni inkişafına təsiri necədir, hansı psixoloji məsləhətləri verirsiniz?

- Araşdırmalar göstərir ki, ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına müsbət təsir göstərir. Onlar daha yüksək İQ səviyyəsinə malik olur və akademik göstəriciləri daha yüksək olur. Analara tövsiyə edirəm ki, ana südü ilə qidalanma zamanı özlərini rahat hiss etsinlər və bu prosesi təbii qəbul etsinlər. Anaların stressini azaltmaq üçün dəstək qruplarına qoşulmaları və ailələrinin dəstəyindən istifadə etmələri vacibdir. Analara özlərinə qayğı göstərmələrini, yetərincə dincəlmələrini və stresdən uzaq durmalarını tövsiyə edirəm. Ailə və dostlardan dəstək almaq, mütəmadi olaraq istirahət etmək və fiziki aktivliklə məşğul olmaq da psixoloji sağlamlığın qorunmasına kömək edir.

- “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin psixoloqu olaraq, ana südü ilə qidalanmanın uşaqların inkişafına necə böyük təsir etdiyini və bu prosesin həm uşaqlar, həm də analar üçün nə qədər faydalı olduğunu vurğuladı. Bu müsahibə vasitəsilə analara və gələcək analara dəyərli məsləhətlərini paylaşdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər