Sizin Reklam Burada

"Dövlətin uşaq siyasətinə dəstəklə bağlı fəaliyyətimizi davam etdirəcəyik”

"Dövlətin uşaq siyasətinə dəstəklə bağlı fəaliyyətimizi davam etdirəcəyik”“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az- a eksklüziv müsahibə verib. QHT sədrinin müsahibəsini diqqətinizə çatdırırıq.

- Könül xanım, mövcud fəaliyyətləriniz nələrdən ibarətdir, hansı sahələrdə fəaliyyət göstərirsiniz?

- Nizamnaməmizə uyğun olaraq ilboyu fəaliyyətdəyik. Dövlətin uşaq siyasəti ilə bağlı qəbul etdiyi bütün proqramların həyata keçirilməsinə vətəndaş cəmiyyəti olaraq dəstək oluruq. Hər yeni ilin əvvəlində il ərzində həyata keçirəcəyimiz işlərin planını hazırlayırıq, müzakirə edib fəaliyyət planını təsdiqləyirik. Bu il ölkəmizdə Prezident seçkiləri keçirildiyindən hələ fəaliyyət planımızı təsdiqləməmişik. Bir QHT olaraq fəaliyyətimizi vətəndaşlarımız arasında seçki aktivliyi və maarifləndirilməyə istiqamətləndirmişik, bu, günün tələbidir. Bundan başqa QHT rəhbəri kimi mən prezidentliyə namizəd BQP sədri Fazil Mustafanın vəkili olaraq prosesə qoşulmuşuq. Seçkilər bitəndən sonra ənənəvi illik fəaliyyətimizin müzakirəsi məsələsinə qayıdacağıq. Ötən illərdə olduğu kimi bu ildə də həyata keçirilən uşaq siyasətinə dəstəklə bağlı fəaliyyətimizi davam etdirəcəyik.

- Təşkilatınızın missiyası, məqsədləri, nailiyyətləri haqqında danışa bilərsiniz?

- Uşaqların Gələcəyi Naminə İctimai Birliyinin əsas məqsədi uşaq və yeniyetmələrin elmə, təhsilə maraqlarının artırılmasına dəstək olmaqdır. Bundan başqa, uşaq və yeniyetmələr arasında milli mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik ruhunun artırılmasında dövlətin bu sahədə həyata keçirdiyi siyasətə dəstəyimizdir. Nailiyyətlərimizə gəldikdə, çox işlər görmüşük, donor təşkilatların maliyyə dəstəyi ilə bir çox uğurlu layihələrə imza atmışıq. Xüsusən uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik ruhunun aşılanması, pis, ziyanlı vərdişlərdən çəkindirən maarifləndirici layihələr həyata keçirmişik. Kitablar, buklet, broşür, sosial çarxlar, videomateriallar hazırlamışıq, bölgələrdə möhtəşəm tədbirlər keçirmişik.

- Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?

- Azərbaycanın ictimai, siyasi və sosial sahəsində çox aktivik. Digər vətəndaş cəmiyyəti institutları, media, Dövlət və özəl strukturlarla sıx əməkdaşlıq edirik. İctimaiyyət, cəmiyyət tərəfindən qəbul edilirik. Bu vaxtadək həyata keçirdiyimiz layihələr, fəaliyyətiniz öz müsbət nəticələrini verib. Toxunduğumuz bütün mövzu və məsələlərlə bağlı rəy və təkliflərimiz toplu şəklində dövlət orqanlarına təqdim edilib. Vətəndaş cəmiyyəti olaraq fəaliyyətimizi təkcə ölkə daxilində deyil, xaricdə də davam etdiririk. Fəaliyyətimizi internet resursları üzərindən həyata keçiririk. Əsas məqsədimiz dövlət, dövlətçiliyə, xalqımıza, millətimizə xidmət etməkdir.

- Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz, istiqamətlər və məqsədlər nələrdən ibarətdir?

- Bayaq vurğuladım ki, ölkədə prezident seçkiləri keçirilir, biz də prosesdə fəal iştirak edirik, fəaliyyətimizi ona istiqamətləndirmişik, gücümüzü səfərbər etmişik ki, bu seçkilər də ədalətli, şəffaf keçirilsin. Seçkilər bitəndən sonra illik fəaliyyət istiqamətlərimizi müzakirə edib, müəyyənləşdirəcəyik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər