Sizin Reklam Burada

Güneydə yeni hərəkat yarandı, hədəfini açıqladı

Güneydə yeni hərəkat yarandı, hədəfini açıqladıYeni fəaliyyətə başlayan Güney Azərbaycan Demokratiya və İnkişaf Ocağının sözçüsü Duman Radmehrin Axar.az-a müsahibəsi:

- Güney Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi hansı zərurətdən yarandı?

- Azərbaycan Milli Hərəkatı 30 ildir ki, fəaliyyətdədir. Bir çox itkilər verib və nailiyyətləri də olub. Bu hərəkat Azərbaycan və İranda yaşayan türklər arasında güclü və dominant siyasi-ictimai hərəkatdır. 30 ilin təcrübəsinə dayanaraq, onun yaxşı bir rezümesi və keçmişi olduğunu demək və dəyərləndirmək olar. Bizə görə Milli Hərəkatın gücsüz tərəflərindən biri budur ki, türklər arasında səssiz qalan təbəqəni özünə cəlb edə, öz təsiri altına sala bilməyib, onların güvənini və dəstəyini qazanmayıb. İranda yaşayan türkləri milli oyanış baxımından 3 dəstəyə bölmək olar. Birinci dəstə Azərbaycan Milli Hərəkatının təsiri altında olanlardır. Bunlar milli oyanışa çatıblar, siyasi məsələlərə milli baxımdan yanaşırlar, Azərbaycanın mənfəətini düşünürlər. İkinci dəstə isə assimilyasiya olunanlardır. Bunlar üçün türkçülük, azərbaycançılıq əhəmiyyət daşımır. Yeri gəldikdə, onlara zidd çıxış da edirlər. Özlərini iranlı bilir, Azərbaycanda baş verənlərə əhəmiyyət vermirlər.

Amma bu iki dəstənin ortasında bir dəstə də var ki, nə Milli Hərəkatın təsiri altındadır, nə də assimilyasiya olunublar. Bunlar Azərbaycanı, türklüyü sevirlər. Ancaq milli məsələlərə birinci dərəcəli baxmırlar. Onlar üçün iqtisadiyyat, sosial problemlər, işsizlik, demokratiya, qadın və uşaq hüquqları, inkişaf, ekoloji problemlər daha mühümdür. Milli Hərəkat isə bu insanların etimadını bir neçə səbəbdən qazana bilməyib. Milli məsələ, milli kimlik və ana dilini əsas tutub. Qadın hüquqları, demokratiya və bu kimi məsələlərdən yan keçib. Bu problemlərə qarşı çıxmasa da, onların yanından səssizcə ötüb.

Səssiz təbəqənin əhəmiyyəti çoxdur. Çünki İranda baş verən hər hansı dəyişiklikdə onlar açar rolunu oynayır. Onlar azərbaycançı qüvvələrin yanında yerləşsələr, İranda milli və demokratiya məsələsi də həll olunmuş olacaq. Lakin bunlar mərkəzçi qüvvələrin yanında yerləşsələr, bundan öncəki təcrübələrdə olduğu kimi mərkəzçi dövlət ən qısa zamanda təsbitləşə və bərqərar ola bilər.

Bu boşluğu doldurmaq isə Azərbaycan Demokratiya və İnkişaf Ocağının əsas hədəflərindən biridir. Məqsəd bu səssiz qrupu cəlb etməkdir. Birinci hədəf kütləsi bunlar olacaq. Bizim ocaq ilk olaraq onların dəstəyini və etimadını qazanmağa çalışacaq.

- Yaranan yeni qurumun fəaliyyət istiqamətlərini konkretləşdirsək, hansı sahələri əhatə edəcək?

- Bizə görə, İranda siyasət və sosial məsələlər bir-birindən ayrı deyil. Siyasi hərəkatların əsas boşluqlarından biri də bu olub ki, İranda mövcud olan fərqli kəsimlərin, fərdi kimliklərin sosial və gündəlik problemlərini yetərincə diqqətə almayıblar. Uşaqların, qadınların, əlillərin hüquqları, fəhlələr, ətraf mühit məsələləri, təqaüdçülərin problemləri və s. Bu cür insanların İran və Güney Azərbaycan cəmiyyətində sayları ciddi şəkildə çoxdur. Səssiz qalanların səsi olacağımız üçün, eyni zamanda, onları siyasiləşdirməyə və siyasi dəyişiklikdə səfərbər etməyə cəhd edəcəyik. Çünki onların səsi indi eşidilməsə, gələcəkdə də hüquqları bərpa olmaya bilər.

- Güney Azərbaycan məsələsinin həllini nədə görürsünüz? İran tərkibində, yoxsa fərqli bir çıxış yolu?!

- Bizim birinci dərəcəli məsələmiz budur ki, Azərbaycan xalqı, Milli Hərəkatın etirazlarını, tələblərini qəbul edənlər belə, hərəkatın bacarığına yetərincə inanmır. Bunların içində dəyişikliyi idarə edəcək siyasi qüvvəyə inamları yoxdur. Bunu həll edəndən sonra digər məsələri hansı şəkildə və necə yoluna qoyacağıq sualını ortaya qoya bilərik. Bu perspektivdə, Azərbaycan Ocağı dünyanın dörd tərəfində yaşayan azərbaycanlı uzmanları bir araya gətirərək, xalqımızı öz bacarığına inandırmaq istəyir.

Azərbaycan Ocağının öhdəliklərindən biri budur ki, səssiz kəsimin etimadını, dəstəyini qazanaraq, İranda dəyişikliyi yönəltməkdə Azərbaycan ağırlığını ortaya qoysun. Yalnız bu təqdirdə, demokratiya, milli məsələ və millətlərin özünü idarəetmə haqqına qovuşmağı gözləyə bilərik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər