Sizin Reklam Burada

"Universitetlər özəlləşdirilməlidir"

"Universitetlər özəlləşdirilməlidir"BAXCP sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı "Xalq Cəbhəsi.az" saytına müsahibə verib.

Həmin müsahibəni olduğu kimi təqdim edirik.

- Niyaməddin bəy, 2024-cü il üçün büdcə zərfinin müzakirələri zamanı Qüdrət bəy universitetlərin özəlləşdirilməsi məsələsini qaldırdı. Bu hansı zərurətdən irəli gəlir?

Dövlət universitetlərində vicdanla çalışan rektorlar olsa da, yırtıcı xislətli, təhsil haqqında yox, tələbələri necə çapıb-talamaq , universitetə daxil olan maliyyə vəsaitlərini necə çırpışdırmaq haqqında gecə-gündüz düşünənlər də az deyil. Məsələn, bir universitet rektoru keçid balı toplaya bilməyən abiturientlərin adını böyük rüşvət qarşılığında xarici ölkədəki filiala yazdırır, bir il sonra yenə böyük rüşvət qarşılığında onu Bakıdakı rektor olduğu universitetə köçürür. Sonra təhsil boyunca , tələbənin zəif olduğunu bildiyindən, onun valideyinlərini soğan kimi soyur, var-yoxdan çıxarır. Onlardan kompütür alınması, otaqların, laboratoriyaların təmir olunması adı ilə ən azı 50-60 min manat rüşvət alır. Acımasızcasına topladığı həmin pulların bir hissəsini xaricdəki təhsillə əlaqəli müxtəlif təşkilatların özü kimi rüşvətxor və dələduz rəhbərlərinə ötürməklə özünü reklam elətdirir. Azərbaycanda pul verdiyi bəzi jurnalistlərdən istifadə edib öz cinayətkar mahiyyətini ört-basdır etdirməyə çalışır. Sonra bundan ruhlanır və fikirləşir ki,bu yetərli deyil. Nazir olub başqa universitetləri də bu qaydada işlətmək lazımdır. Başlayır ətrafına yığdığı jurnalistlərdən, ictimai fəallardan istifadə edib naziri gözdən salmağa və onun yerinə keçmək üçün ən iyrənc işlərlə məşğul olmağa.Təhsil isə qalır kənarda. Bu tip cinayətkarların təhsildən uzaqlaşdırılması üçün hüquq mühavizə və müvafiq dövlət orqanları öz sözünü deməlidir. Əlbəttə , dediklərim təhsil sahəsində nöqsanları görən və vicdanlı olaraq nazirliyi tənqid edənlərə aid deyil. Qüdrət bəy də , biz də təhsildə nələrisə tənqid edirik, zaman-zaman problemlərin aradan qaldırılması üçün təkliflər veririk.

- Özəlləşdirmə bunun qarşısını alacaqmı?

Özəl universitetlər çalışacaqlar yaxşı təhsil versinlər ki, tələbələr həmin universitetləri seçsin və onlar elmi tədqiqatlardan, təhsil haqlarından qazansınlar. Həmin universitetlər büdcəyə vergi verəcək, onların rektorları elmi şuralar tərəfindən seçiləcək. İnkişaf etmiş ölkələrin yolu ilə getmək lazımdır. İmkansız tələbələr dövlət hesabına oxumalı, digərləri üçün faizsiz uzunmüddətli təhsil kreditləri əlçatan olmalıdır. Həm də ayrılıqda bir sahədə aparılan islahatlar ciddi effekt verməz. Həyatımızın bütün sahələrini əhatə edən islahatlara ehtiyac var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər