Sizin Reklam Burada

Bu əraziləri işğaldan azad etməliyik

Bu əraziləri işğaldan azad etməliyikAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcəbhəsi.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan Moskva səfərindən sonra bəyan etdi ki, Qarabağ ermənilərinin razılığı olmadan heç bir sülh sazişinə imza atmayacaq. Brüssel razılaşmasından sonra onun mövqeyində baş verən dəyişikliyə münasibətiniz necədir?

- Brüsseldə Paşinyanla İlham Əliyevin görüşündən öncə mətbuata söyləmişdim ki, bu səfər yalnız Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Ermənistan forpost ölkə olduğundan onunla hər hansı razılığın əldə olunmasının əhəmiyyəti yoxdur. Sonda Kremlə çağırıb qulaqlarını buracaqlar və bununla da hər şey bitəcək. Ermənistan Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşanda o zamankı prezident Serj Sərkisyan Kremlə çağırıldı və bu gün Paşinyanın qulağını burduqları kimi, onun da qulağını burdular, assosiativ saziş də getdi cəhənnəmə. Brüssel səfərindən sonra Paşinyanın “Ermənistan bundan sonra qurbanlıq qoyun olmayacaq” kimi başından böyük bəyanatı yalnız özü kimi pirimitiv insanlar tərəfindən ciddi qəbul oluna bilərdi. Bunu Avropa İttifaqında da bilirlər, amma erməni diasporuna yarınmaq üçün mənasız vasitiçəlik missiyalarından əl çəkmək istəmirlər. Biz Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə, Rusiya ilə danışıqları davam etdirməliyik. Ermənistan arxasında Rusiya barmağı olan kukladır. Paşinyanın Moskvaya son səfəri bir daha təsdiq etdi ki, Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla sülh sazişi imzalamasında və münaqişəyə son qoyulmasında maraqlı deyil. 44 günlük savaşdan sonra atəşkəs barədə üçtərəfli 10 noyabr sazişində bəzi vacib məsələlərin öz əksini tapmaması və Putinin bu barədə “Qarabağ ermənilərinin statusu məsələsini gələcək rəhbərlər həll edəcək” tipli ilk açıqlaması da münaqişənin dondurulacağının anonsu idi. Biz Rusiyanı etnik separatizmi dəstəkləməməyə, müttəfiqlik münasibətlərinə sadiq qalmağa, bu yanlış mövqedən imtina etməyə çağırmalıyıq. Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıyıb sülh sazişi imzalamayacağı təqdirdə Rusiya sülhməramlılarının ölkəmizdə qalma müddətini uzatmayacağımızı indidən bəyan etməliyik. Rusiyanı əmin etməliyik ki, münaqişəni uzatmaqla bölgədə hərbi mövcudluğunu qoruyub saxlayacağını düşünürsə, bunun ağır siyasi nəticələri olacaq, dövlətlərarası münasibətlər bundan ciddi zərər görəcək.

- Belə bir vəziyyətdə Ermənistana qarşı hansı addımları ata bilərik?

- Paşinyanın son açıqlaması vaxtilə Şuşada sərxoş vəziyyətdə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına oxşayır. Ona görə də Ermənistanla bütün digər məsələlər barədə, xüsusilə təhlükəsizlik, delimitasiya və kommunikasiyaların açılması istiqamətində danışıqlar dayandırılmalı, yalnız sülh danışıqları apara biləcəyimizi bəyan etməliyik. Sülh sazişinin imzalanması üçün son müddət müəyyən olunmalıdır. Əks halda Ermənistan regionda geosiyasi vəziyyətin nə vaxtsa onların xeyrinə dəyişəcəyinə ümid edərək, havadarlarının vədlərinə inanaraq danışıqları sonsuza qədər uzatmağa çalışacaq, Paşinyanın dili ilə desək, “qurbanlıq qoyun” statusundan imtina etməyəcək.

Ermənistan Birinci Qarabağ savaşı zamanı Sədərək istiqamətində 1.5-2 km bizim torpaqlara soxulub. Həmin torpaqları işğaldan azad etməyə dair çağırışlarımıza Ermənistan bu günə qədər əhəmiyyət vermir. İlk növbədə həmin əraziləri işğaldan azad etməliyik. Azərbaycan Rusiya ilə yanaşı, təbii müttəfiqimiz olan Türkiyə ilə də ciddi müzakirələr aparmalı, Ermənistana təzyiqləri artırmalıdir. Biz diplomatik müstəvidə də fəaliyyətimizi gücləndirməli, Ermənistanın baş tutmamış kukla “dövlət”, kimlərinsə əlində bölgəni qana bulayacaq alət olduğunu beynəlxalq birliyə çatdırmalıyıq. İlham Əliyev Şuşadakı son çıxışında bəyan etdi ki, bizim təqdim etdiyimiz, beynəlxalq hüquq normalarına əsaslanan 5 bənddən ibarət sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan növbəti səhvə yol verməməli, Azərbaycan Respublikası Prezidentinın çıxışını ciddi qəbul etməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər