Sizin Reklam Burada

Nərminin işi: Kriminoloq detalları açıqladı

Nərminin işi: Kriminoloq detalları açıqladıKriminoloq, hüquqşünas Şəmsəddin Əliyevin Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:

- İlkin Süleymanovun qatil olmadığı haqda qənaət hər məhkəmə prosesində daha da güclənir. Sizcə, istintaq kifayət qədər düzgün aparılıbmı?

- Nərminin ölümü cəmiyyəti yetərincə narahat edən məsələdir. Onun qətlində fərziyyələr incəliyinə qədər analiz olunmayıb və ilkin istintaq əhatəli şəkildə aparılmayıb. İ.Süleymanov əvvəlcə özünü müqəssir kimi təqdim etsə də, sonradan qatil olmadığını dedi. Bu, istintaq prosesində çətinlik yaradıb və bütün güman edilən fərziyyələrin üstündən xətt çəkib.

- Bu istintaq prosesində ictimai rəy nəzərə alınmalıdır?

- Əlbəttə, yayılan informasiyalardan əməliyyat istintaq qrupu faydalanmalıdır. Düzdür, bu məlumatların istintaqı prosessual məcradan kənara çəkib yanlış mövqeyə aparması mümkündür. Amma unutmaq olmaz ki, bu, həm də prosesin düzgün bir mövqeyə yönəlməsinə kömək edə bilər. Cəmiyyətdə dolaşan fikirlər zərgər incəliyi ilə araşdırılmalıdır.

- Amma bəzi faktlar, şahidlərin ifadələri ictimaiyyətdə də çaşqınlıq yaradır...

- Söhbət bir insanın yoxluğundan və xüsusi amansızlıqla, qəsdən öldürülməsindən gedir. Bir uşağı oğurlamaq, işgəncə vermək, sonra öldürüb yandırmaq... Deməli, cinayəti törədən psixoloji baxımdan xəstədir. Bu qatilin cəzası yalnız ölüm hökmüdür. 2 ildir istintaq gedir, amma məhkəmə prosesindən belə anlaşılır ki, həqiqi qatil tapılmayıb. Həqiqi qatili tapmaq üçün sadəcə bütün ifadələrə yenidən baxılmalı, ifadələr arasındakı ziddiyyətli məqamlar araşdırılmalıdır. Yanlış ifadə verən şəxslər isə məsuliyyətə cəlb olunmalıdır.

- Sizcə, cinayətin gerçək üzünün açılması niyə bu qədər gecikir?

- Sadəcə prosesə yetəri qədər peşəkar yanaşma tərzi və analiz lazımdır. Bəlkə də qatil hər məhkəmə prosesində iştirak edib, mərhumun valideynləri ilə də salamlaşıb, hələ bir ah-nalə də çəkib. Bu hiyləgərliklərə bir az kənardan baxmaq lazımdır. Prosessual nəticə hamını qane etmirsə, iş yenidən istintaqa qaytarılmalı, yeni istintaq əməliyyat qrupu yaradılmalıdır. O, Baş Prokurorluğun nəzarətində olmalıdır. Düşünürəm ki, haqq-ədalət öz yerini tapacaq. Bu, açıq cinayətdir. Sadəcə istintaqı kökündən yenidən başlatmaq lazımdır.

- Günümüzdə bu cür ağır cinayətlərin artmasına səbəb nədir?

- Ağır cinayətlərin obyektiv araşdırılmaması bu cinayətlərin çoxalmasına səbəb olur. Cəmiyyətin şüurunda bir çat, deformasiya yaranıb: cinayət var, amma cəzası yoxdur. İnsanlar bu şəkildə korlanır. Cinayət var, amma cəza yoxdursa, bu zaman dövlətin də təməlləri sarsılır. Ona görə heç bir cinayət cəzasız qalmamalı, əsl səbəbkar tapılmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər