"Yerli mədəni irs obyektlərinin toplanması, foto və video arxivinin yaradılması" layihəsinə start verilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "Yerli mədəni irs obyektlərinin toplanması, foto və video arxivinin yaradılması" layihəsinə start verib.
ADİİM-in sədri Cavid Şahverdiyev layihə ilə bağlı deyib ki, bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inişafı siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur.
Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafını iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin də üzərinə məsuliyyət, öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifələrindən biri, həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə mədəni irs nümunələrinin təbliğinə kömək etməkdən ibarət olmalıdır:
"Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər birimizin üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Hər kəsə məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb, yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır.
Azərbaycanın mədəni irsin qorunması üçün rəqəmsallaşdırma və yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu yanaşmalar vasitəsilə tarixi abidələr, sənət əsərləri və mədəni dəyərlər həm mühafizə olunur, həm də dünya səviyyəsində tanıdılır. Gələcəkdə texnologiyanın daha da inkişafı ilə Azərbaycanın mədəni irsin qorunması və tanıdılması daha da effektiv olacaqdır".
QHT sədri onu da əlavə edib ki, Azərbaycan dünya əhəmiyyətli zəngin mədəni irs nümunələrinə, obyektlərinə malikdir. Onların qorunub saxlanması və gənc nəsillərə ötürülməsi, təbliğatı, yerli və dünya ictimaiyyətinə məlumatlandırılması vacib amillərdən biridir. Bu məqsədlə QHT tədqiqat və sənədləşdirmə formatında Azərbaycanın dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin foto və video arxivinin yaradılması layihəsini həyata kermək niyyətindədir. Bu həm mədəni irs nümunələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət internet üzərindən Azərbaycanın mədəni irs nümunələri ilə tanılışq üçün geniş imkanlar əldə edə biləcəklər.
Yerli dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin toplanması, foto və video arxivinin yaradılması üçün Azerbaijan-irs.az adlı internet resursu və eyniadlı yutub kanalı yaratmağı planlaşdırmışıq. İnternet resurs üzərindən həm fotolar, həm də videolar ictimailəşdiriləcək.
Bu formatla layihənin geniş auditoriyanın marağına səbəb ola biləcəyinə, eyni zamanda mədəni irs nümunələrinin əhəmiyyəti, qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün fundamental məlumatlandırıcı elektron bazanın qurulacağına əminik. Bu həm də xarici turistlərin ölkəmizə marağının artmasına gətirib çıxaracaq".
Layihə QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində həyata keçirilir və 2026-ci il fevral-aprel aylarını əhatə edəcək.
