Vahid Aslanın yeni nəşr olunmuş kitabı oxuculara təqdim olunub

Vahid Aslanın yeni nəşr olunmuş kitabı oxuculara təqdim olunubBu günlərdə “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin mərkəzi ofisində tanınmış yazıçı-şair Vahid Aslanın “CBS” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan “Çətindərə” adlı kitabının (kitabda 1 roman, hekayə yer alıb) təqdimat mərasimi baş tutub.

Kitabda yer alan “Çətindərə” romanı Gədəbəyin etnoqrafik təbiətinin, səfalı yaylaqlarının və yurd yerlərinin tanıdılmasına hesablanıb. Romanda cərəyan edən hadisələr 1979-1992-ci illəri əhatə edir. Romanda məşhur “Başkənd əməliyyatı”na da toxunulub və həmin əməliyyatın iştirakçılarının əksəriyyəti böyük ehtiramla xatırlanıb. Eyni zamanda, tanınmış el sənətkarları – balabançı Bəşir, balabançı Nizam və aşıq Abbasəli yad edilib. Hekayələrdən biri – “Müəllim” adlı hekayə tanınmış maarifçi-ziyalı, dünya şöhrətli yazıçı Mir Cəlal Paşayevə həsr olunub. Digər hekayələrin əsas mövzusu, insan psixologiyasının müxtəlif çalarları, fərqli xarakterlər arasındakı ziddiyyətlər, qadın azadlığı və yüksək vətənpərvərlik hissləri üzərində qurulub.

Tədbirdə İctimai Birliyin İdarə Heyətinin, Gənclər Komitəsinin və Qadınlar Komitəsinin üzvləri, yazıçılar, şairlər, jurnalistlər, alimlər, tanınmış ziyalılar iştirak edib.

Tədbir Azərbaycan Pespublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edililib.

Tədbirin aparıcısı tanınmış ziyalı, “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov tədbir iştirakçılarına Vahid Aslanın yaradıcılığı haqqında geniş məlumat verib. Tədbirdə maraqlı çıxışlarla bərabər Vahid Aslanın şeirləri və şeirlərinə bəstələnmiş mahnılar da səsləndirilib. Tədbirin sonunda müəllif yeni nəşr olunan kitablarını öz imzası ilə oxucularına hədiyyə edib.

Xatırladaq ki, yeni nəşr olunan kitab yazıçı-şairin sayca 16-cı kitabıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər