"Nizami Gəncəvi” mövzusunda elmi-praktiki konfrans keçirilib

28 noyabr 2025-ci il tarixində Gəncə şəhəri Nizami Gəncəvi Muzeyində “Azərbaycan-Türk bədii təfəkkürünün zirvəsi – Nizami Gəncəvi” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans iştirakçıları əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, muzey sərgilərinə baxış keçirib və “Günəş” rəqs qrupunun təqdimatını izləyiblər. Daha sonra muzeyin konfrans zalında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Şəhidlərin xatirəsi anılıb.

Tədbirdə Nizami Gəncəvinin irsi, Azərbaycan və Türk dünyasında rolu, mədəniyyət və turizm sahəsinə təsiri mövzularında çıxışlar səsləndirilib. Vurğulanıb ki, dahi şairin əsərləri xalqımızın mənəviyyatının ayrılmaz hissəsidir və gənc nəsillərin tərbiyəsində böyük rol oynayır.

Tədbirdə fəal iştirak etdiyinə görə bir neçə şəxsə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov tərəfindən təşəkkürnamə təqdim edilib. Tədbirin bədii hissəsində Gəncə Şəhər Uşaq İncəsənət Məktəbi və Gəncə şəhər Bülbül adına 3 nömrəli uşaq musiqi məktəbinin kollektivləri Nizami Gəncəvinin əsərlərindən ibarət proqramla çıxış ediblər



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər