"Evdə tək”ə qayıtmaq istəyir

“Evdə tək” franşizası davam etdirilərsə, filmdə Kevin Makkallister roluna qayıtmağa qəti etiraz etməzdim”.

“Qafqazinfo” “Variety” jurnalına istinadən xəbər verir ki, bunu filmdə baş rolu canlandıran aktyor Makoley Kalkin deyib.

45 yaşlı aktyor, hətta filmin mümkün süjeti ilə bağlı ideyasını da paylaşıb: “Mənim belə bir ideyam var: Mən ya dul, ya da boşanmışam. Bir övlad böyüdürəm. Mən çox işləyirəm və ona kifayət qədər diqqət ayırmıram. Bir gün o elə inciyir ki, məni öz evimdən qovur. Uşaq məni evə buraxmır və tələlər qurur”.

Kalkinin sözlərinə görə, bu halda ev valideyn-uşaq münasibətlərinin metaforasıdır, onun personajı isə oğlunun qəlbinə gedən yolu tapmalıdır.

Qeyd edək ki, M. Kalkin 1990-cı ildə çəkilmiş “Evdə tək 1”, 1992-ci ildə ekranlara çıxmış “Evdə tək 2” filmlərində Kevin rolunu canlandırıb. Franşizanın lentə alınan digər filmlərində isə o rol almayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər