"Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir dənə də mədəniyyət ocağı yoxdur"

Büdcənin mərkəzində hər zaman olduğu kimi insan amili dayanır.

Avrasiya.net xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

Elnarə Akimova çıxışında həmçinin islahatların sürətləndirilməsi zərurətini vurğulayaraq bir sıra təkliflərlə çıxış edib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin əsərləri çoxcildlik seriya şəklində çap olunarsa, bu, mədəni həyat üçün önəmli töhfə olar. Deputat 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən latın qrafikalı kütləvi nəşrlərin ölkə mədəniyyəti üçün böyük hadisə olduğunu da xatırladıb.

Çıxışında seçildiyi Sumqayıt şəhəri ilə bağlı məsələlərə də toxunan deputat bir sıra mədəniyyət ocaqlarının acınacaqlı vəziyyətdə olduğunu bildirib. O, şəhərdəki bəzi kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı olduğunu, Cəfər Cabbarlı adına Mədəniyyət Evində isə qəzalı vəziyyətin yarandığını vurğulayıb.
Deputat həmçinin Hacı Zeynalabdin qəsəbəsində 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlərin təşkilinə deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulmasına əhəmiyyətli təsir göstərir.
Elnarə Akimova aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıb.
Millət vəkili daha sonra iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə xitabən Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirdi:

“Mən komitənin iclasında Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı məsələ qaldırmışdım. İnanıram ki məsələyə həssas yanaşacaqsınız. Çünki dəfələrlərlə vurğulayırıq ki, biz siyasətdə, idman sahəsində dünyada sözümüzü demişik.

Bu gün, xüsusilə, Zəfəri qazandığımız indiki reallıqda, sözümüzü, həqiqətlərimizi bədii təcəssüm predmetinə çevirməklə dünyaya çatdırmağa daha çox ehtiyac var. Siz təsəvvür edin ki, 90-cı illərdə, o çətin dövrdə Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyatımızı, mədəniyyətimizi zamanın sərt aşamalarından necə zədəsiz, bütöv çıxara bildi. Bir neçə gün əvvəl Akademiyanın 80 illik yubileyində cənab Prezident İlham Əliyev əgər milli dilin qorunmasıl ilə bağlı çağırışlar edirsə, mənə elə gəlir ki, bu gün biz kitab siyasətinə xüsusi diqqətlə yanaşmalıyıq. Çünki kitablarda bizim milli kimliyimiz, milli yaddaşımız qorunur. Dil siyasətini də bura əlavə etsək və əgər yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu məsələlərə, kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər