Azərbaycanlı qardaşlar “Çırpınırdı Qaradəniz”lə könülləri fəth etdilər

Azərbaycanda musiqisevərlərin böyük maraqla izlədiyi Günəş və Ferman qardaşları bu il Göygöldə 2-ci dəfə təşkil olunan Moruq Festivalına damğa vurdular. Festival səhnəsinə çıxan dueti, Azərbaycan və Türkiyə musiqilərini özünəməxsus tərzdə təqdim edərək unudulmaz bir performansa imza atdı.

İlk mahnıları ilə tamaşaçılara coşqu dolu anlar bəxş edən Günəş və Ferman, ikinci ifaları olan “Çırpınırdı Qaradeniz” mahnısı ilə festival meydanını duyğu selinə çevirdilər. Onlar özlərinə məxsus ifa tərzi ilə əsərə fərqli bir ruh qataraq həm Azərbaycan, həm də Türkiyədən olan tamaşaçılardan böyük alqış qazandılar.

Moruq Festivalına xüsusi rəng qatan bu çıxış, Azərbaycan-Türkiyə dostluğunu və ortaq mədəni bağları bir daha səhnəyə daşıdı. Günəş və Fermanın güclü səhnə enerjisi isə festivala qatılan minlərlə izləyicinin yaddaşında uzun müddət silinməyəcək iz buraxdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər