Nəsimi: dini reformizmin və türkcə poetikanın öncülü

Nəsimi: dini reformizmin və türkcə poetikanın öncülüTürkcənin Şirvanda dövlətçilik və hərbi-siyasi həyatla bağlı işlək dilə çevrilməsi və Nəsimi fenomeni

Azərbaycan ədəbiyyatı və fəlsəfi düşüncə tarixində İmadəddin Nəsimi (1369–1417) yalnız böyük şair deyil, həm də dini reformizm mahiyyətli ideyaların daşıyıcısı kimi seçilir. O, hürufi fəlsəfəsini bədii yaradıcılığının əsasına çevirərək insan azadlığını, fərdi şüurun dəyərini və Tanrı ilə birbaşa münasibəti önə çəkmişdir. Avropada Martin Lüterin (1483–1546) başladığı islahat hərəkatından yüz il əvvəl Nəsiminin irəli sürdüyü fikirlər dini ənənələrin sərt qəliblərini sorğulama cəhdi idi.

Dini reformizm kontekstində Nəsimi hürufiliyi yalnız bir mistik təlim kimi deyil, həm də dini-fəlsəfi reformun əsas platforması kimi təqdim edirdi. Onun baxışlarında İnsanın ilahi varlıqla vasitəsiz ünsiyyəti əsaslandırılırdı.
O ənənəvi ritualların deyil, mənəvi mahiyyətin önə çəkirdi. İnsanın azad iradəsi və dəyərliliyi onun təliminin ana xətti idi.

Bu yanaşma o dövrün ortodoks dini mühitinə qarşı böyük cəsarət idi. Həm də Nəsiminin ideyaları Avropadakı humanizm və reformizm dalğaları ilə ruhən səsləşirdi. Avropa reformizmi ilə müqayisə ortaq və fərqli cəhətlər vardır. Martin Lüterin Avropada dini islahat hərəkatı katolik kilsəsinin sərt ehkamlarına, vasitəçi institutlarına qarşı yönəlmişdi. Hər iki islahat xətti insanın fərdi imanını, vasitəsiz ilahi ünsiyyət hüququnu və dini qurumların monopoliyasının rəddini vurğulayırdı.

Nəsimi daha çox mistik-fəlsəfi yolla reformist ideyaları irəli sürmüşdü, Lüter isə təşkilatlanmış hərəkat və siyasi dəstək sayəsində Avropada yeni dini cərəyan – protestantlığı formalaşdırdı. Nəsimi fərdi səviyyədə reformizm ideyalarını ifadə etsə də, onun taleyi və dövrün siyasi şəraiti bu hərəkatın geniş miqyasda davamına imkan vermədi.

Nəsimi ana dilində – türkcə yazmaqla həm fəlsəfi fikrin, həm də poetik ifadənin imkanlarını nümayiş etdirdi. Onun şeirlərində dilin təbii saflığı, xalq danışığına yaxın üslub və fəlsəfi dərinlik birləşirdi. Ərəb-fars təsirindən qismən azad, daha saf türkcə üslub yaratdı.Türk ədəbi dilini fəlsəfi kateqoriyaları ifadə edə bilən güclü vasitə kimi göstərməklə yanaşı sonrakı dövrdə Füzuli və digər klassiklərin inkişaf etdirdiyi ədəbi məktəbin bünövrəsini qoydu.

Nəsiminin yaşadığı dövrdə Şirvanşahlar dövləti yalnız mədəniyyət və ədəbiyyat mərkəzi deyil, həm də Qafqazın ən mühüm hərbi-siyasi bölgələrindən biri idi.

Şirvanşahlar dövləti Qafqazın şimal sərhədlərinin qoruyucusu kimi strateji əhəmiyyət daşıyırdı. Siyasi mühit türk tayfalarının hərbi təşkilatlanmasına, onların dil və kimliklərinin qorunmasına münbit zəmin yaratmışdı.

Dərbəndilər sülaləsi türkcəyə xüsusi önəm verirdi. Onlar dövlət idarəçiliyində, hərbi təşkilatda və saray ədəbiyyatında türkcəni mühüm ünsiyyət dili kimi qoruyub saxladılar. Bu, Nəsimi kimi şairlərin də türkcəni fəlsəfi və poetik üslubda işlətməsinə əlavə imkan yaratdı.

Türkcənin Şirvanda dövlətçilik və hərbi-siyasi həyatla bağlı işlək dilə çevrilməsi, Nəsiminin şeirlərindəki saf türkcə ilə səsləşərək bu bölgəni türk ədəbi dilinin inkişaf mərkəzinə çevirdi.

Beləliklə, Şirvanın hərbi-siyasi mühiti və Dərbəndilər sülaləsinin türkcəyə göstərdiyi qayğı Nəsiminin dil seçimini təsadüfi yox, tarixi zərurətə çevirmişdir.

Nəsiminin yaradıcılığı azad düşüncə – doqmaların deyil, fərdi şüurun və sorğulamanın önə çəkilməsi bu gün də gənclərə aktual mesajdır.

Nəsimi yalnız türk ədəbiyyatının deyil, ümumilikdə Şərq fəlsəfi və dini düşüncəsinin ən parlaq simalarından biridir. Onun ideyaları Avropa reformizmi ilə səsləşsə də, öz milli və mədəni zəminində formalaşaraq unikal məzmun kəsb etmişdir. Şirvanın hərbi-siyasi mühiti və Dərbəndilər sülaləsinin türkcəyə verdiyi dəstək Nəsiminin saf türk dilində yaratmasına və bu dili fəlsəfi poeziyanın daşıyıcısına çevirməsinə tarixi zəmin hazırlamışdır.

Nəsimi fikir azadlığına görə həyatını qurban vermək qədər möhkəm iradə nümunəsi göstərən fenomendir.



Vasif Əfəndi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər