Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş...
Dərc olunub:
20-08-2025, 06:24
Həbsdə olan müğənni Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Avrasiya.net xəbər verir ki, bu barədə onun qızı, ifaçı Aysun İsmayılova İnstaqram hesabında məlumat verib.
O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
