Konsertdə rep dedi, əxlaqsız söz işlətdi - Həbs olundu!
Dərc olunub:
16-07-2025, 14:26
EPİ ləqəbi ilə tanınan reper Əkbər Novruzlu saxlanılıb.
Avrasiya.net lent.az-a istinadla xəbər verir ki, onun saxlanılmasına Bakıda keçirilən tədbirdə səsləndirdiyi rep səbəb olub.
Belə ki, EPİ ictimai tədbirdə ifa etdiyi həmin repdə söyüş və əxlaqsız ifadələrdən istifadə edib.
Sosial şəbəkə istifadəçiləri onu buna görə şiddətlə qınayıblar.
Polis tərəfindən saxlanılan reperin məhkəməyə çıxarılacağı gözlənilir.