star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“M.S.S” tamaşasının premyerası olub

Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb. Həmin sərəncama əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb.

Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnib, eyni zamanda, görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak edib.

Tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması üçün teatra dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunub.

Bildirək ki, yeni səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Zaur Rəşidov və Elşən Cəfərovdur.

Tamaşada “İkinci Nəfəs” teatr-studiyasının tələbələri ilə yanaşı, teatrın aktrisaları Zəminə Cəfərova və Sevinc Hüseynova çıxış ediblər. Tamaşa qəbul olunaraq teatrın repertuarına daxil edilib.

Gəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər