"Nənələr"in 89 yaşlı üzvü vəfat etdi - Foto
Dərc olunub:
27-06-2025, 14:44
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Lənkəranın məşhur "Nənələr" folklor qrupunun üzvü 1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva dünyasını dəyişib.
Qeyd edək ki, X.Quliyeva ilk dəfə yaradılan "Bacılar" adlı folklor qrupun yaradıcılarından olub.
O, doğulduğu Separadi kəndində dəfn olunacaq.