star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakıda məşhur mərakeşli pianoçunun konserti keçirilib

Bakıda Beynəlxalq Muğam Mərkəzində məşhur mərakeşli pianoçu Mahmud əl-Musauinin konserti olub.

Avrasiya.net xəbər verir ki, konsert Mərakeş səfirliyi tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Günü münasibətilə təşkil olunub.

Tamaşaçılara 17-21-ci əsrlərə aid klassik musiqi, o cümlədən Azərbaycan və Mərakeş bəstəkarlarının əsərləri təqdim edilib.

Tədbiri giriş nitqi ilə açan Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxışında Ümumdünya Mədəniyyətlərarası Dialoq Gününün, eləcə də BMT-nin Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Mərakeş mədəniyyətlər və dinlər arasında körpülər qurmaqla mədəniyyətlərarası dialoqa sadiq qalır.

“Mərakeş uzun müddətdir sülh şəraitində birgəyaşayış və mədəniyyətlərarası dialoq dəyərlərini özünün əsas prinsipləri kimi qəbul edib. Mərakeş diplomatiya, təhsil və incəsənət vasitəsilə Afrika, Avropa və ərəb dünyasının sülh və anlaşma şəraitində görüşdüyü bir körpü olmaq kimi tarixi missiyasını uğurla davam etdirir”, - səfir bildirib.

Embarş sivilizasiyalararası dialoqu, mədəni və dini müxtəlifliyə hörməti ölkənin xarici siyasətinin mərkəzinə qoymuş Kral VI Məhəmmədin rolunu xüsusi qeyd edib.

Konsert haqqında danışan səfir, həmçinin bir neçə unikal janr və üslubla zəngin Mərakeş musiqisinin zənginliyini və orijinallığını vurğulayıb.

Diplomat bu tədbirin Mərakeş ilə Azərbaycan arasında mədəni mübadiləni və dostluq əlaqələrini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də tanınmış mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər