Səfir BƏƏ-nin mədəniyyət diplomatiyası haqqında mühazirə ilə çıxış edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfiri Mohammed Al Blooshi Shane Academy-də BƏƏ-nin mədəniyyət diplomatiyası haqqında mühazirə ilə çıxış edib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, səfir vurğulayıb ki, BƏƏ həm köklü ənənələrə, həm də gələcəyə parlaq baxışlara malik olan bir ölkədir: “Vurğulamaq lazımdır ki, BƏƏ-nin mədəni diplomatiyası qarşılıqlı hörmət, beynəlxalq əməkdaşlıq və qlobal rifah üçün dialoq, təhsil və mədəni mübadilələri dəstəkləyir”.

BƏƏ-nin müxtəlif mədəniyyətlərin mərkəzi hesab edildiyini, təhlükəsizlik və firavanlıq şəraitində yan-yana yaşayan və işləyən 200-dən çox millətə ev sahibliyi etdiyini qeyd edən səfir əlavə edib ki, BƏƏ növbəti 50 il ərzində dünyanın yaşamaq və işləmək üçün ən yaxşı ölkələrindən biri statusunu qoruyub saxlamaq üçün səylərə sərmayə qoymağa davam edəcək. 

Tədbir BƏƏ mədəniyyətinə həsr olunmuş video təqdimatla və iştirakçılarla sual-cavab sessiyası ilə davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər