“Mehriban Ələkbərzadə, sənə verdiyim 24 saat başa çatdı” - "AzDram"da QALMAQAL

“Mehriban Ələkbərzadə, sənə verdiyim 24 saat artıq başa çatdı. Növbəti dəfə sübut etdin ki, şəhid qızından üzr istəməyi özünə əskiklik hesab edəcək qədər təkəbbürlü, hikkəli və dediyin sözün məsuliyyətini isə dərk etməyən birisən...”.

Bu fikirləri sosial şəbəkədə Akademik Dövdət Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova bildirib.

Onun sözlərinə görə, Akademik Dövdət Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir müddət öncə mədəniyyət naziri Adil Kərimli bu kollektivlə görüş keçirdikdən dərhal sonra aktrisa, 20 Yanvar şəhidinin qızı Məsmə Aslanqızını təhqir edib.

“İndidən Mehriban Ələkbərzadənin havadarlarına demək istəyirəm: Boş yerə özünüzə əl qatmayın ki, "şər və böhtan atırsınız". Çünki hadisənin canlı şahidləri, kamera görüntüləri var. Hadisə ilə bağlı rəsmi şəkildə lazımı yerlərə məlumat verilib”, - o deyib.

Xanlarova iddia edib ki, bədii rəhbər Mehriban Ələkbərzadə kollektivi "it-pişik", "çör-çöp", "alaq otları", "az komedixana", "qudurğan", "peşə əxlaqsızları" və "insani əxlaqsızlar" kimi alçaldıcı sözlərlə təhqir edib, "20 Yanvar şəhidləri dəbdə deyil" deyəcək qədər həddini aşıb:

“Amma buna baxmayaraq hələ də vəzifəsində qalır. Sual olunur: bu toxunulmazlıq ona haradan gəlir? Ona deyiblər ki, get "AzDrama"nın başına hansı oyunu istədiyrsənsə gətir? Qanımızı içsin? Unudur ki, aldığı maaş bizim səhnədəki əziyyətimiz sayəsindədir. Biz həm işimizi görürük, həm də onun təhqirlərinə dözürük. Bu, nə vicdana, nə ədalətə sığır! Etnogenetik mərkəzi Mehriban Ələkbərzadəni bir araşdırsın, görək bu şəxsin şəhid ailələri ilə nə dərdi, nə problemi var.
Təhsil Nazirliyi “hinduşkabaş” deyən bir direktoru işdən azad etdiyi halda, canlı şahidlərin və kamera görüntülərinin olmasına rağmən şəhid ailəsinə qarşı bu qədər açıq, ağır təhqirlərə yol verən bir bədii rəhbərin hələ də vəzifəsində qalması təəcüblü deyilmi?".

“İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq”, - M.Xanlarova bildirib.

"AzDram"da yaşanan qalmaqalın ikinci tərəfi - bəddi rəhbər Mehriban Ələkbərzadənin bu ittihamlara necə cavab verəcəyi hələ məlum deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər