Arif Babayevə Heydər Əliyev Mükafatı verildi
Dərc olunub:
8-05-2025, 13:53
Azərbaycanın Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.
Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.