Tacir: "Gəlinin yox, mənim qabağımda qurban kəsirlər"

Tacir: "Gəlinin yox, mənim qabağımda qurban kəsirlər"Müğənni Tacir Şahmalıoğlu qalmaqallı açıqlamlar verib.

Efirlərin birində qonaq qolan ifaçı həmkarının ünvanına sərt sözlər deyib.

Üzünü Əməkdar artist Vasif Məhərrəmliyə tutan Tacir bu sözlərlə barəsində deyilənlərə etirazını bildirib.

"Mən elə bir sənətkaram ki, sənəti zəif olan yaradıcılığımı şərh edə bilməz. Necə ki, Vasif Məhərrəmli edə bilmədi. Elza Seyidcahan sənətimdən danışa bilər, çünki onun damarlarından musiqi axır. Yaxşı bəstəkardır, onun mahnılarını da sevirəm.

Vasifin "Mən həyatımla kifayətlənmişəm" sözü xoşuma gəlmədi. Bunu həyatı puç olmuş insana deyərlər. Mənim bir "Bayatı-şiraz"ımı 48 dövlət tanıyır. Qızıl fonddadır, həmçinin. Bu günə kimi oxuduğum hər bir mahnı hit olub. Ya Vasifə indiyə qədər mənim sənətim çatmayıb, ya da məni gözü götürmür. Uman yerdən küsərlər, ondan belə açıqlamanı gözləmirdim axı.

Vasif, fil qulağında yatmısan. Mənim səsim "Hollivuddan" gəlir, Çindən də, Rusiyadan da... Bilmədiyin şeyə şərh vermə. Toylar var ki, gəlinin yox, mənim qabağımda qurban kəsirlər".

Publika.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər