star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ağsaqqal kişisən..."

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".

Avrasiya.net xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirərkən deyib.

Xanəndə deyib ki, əslində, bu məsələ məhkəməlikdir:

"Azərbaycan musiqisinin bir anası var, bir də atası... Biri muğamdır, o biri aşıq musiqisi. Sənin də bunlardan xəbərin yoxdur və ağzına gələni danışırsan. İndi neynəyək? Bircə yol var, o da məhkəmə. Amma vaxtım yoxdur. Belə adamlara baş qoşsam, konsertlərimi verə bilmərəm. Əli kimdir ona baş qoşum".

Elnarə Abdullayeva Əli Mirəliyevi "öldürməklə" hədələyib:

"Mən Heydər Əliyev Sarayında muğam konsertləri verəndə yerimə səhnədə Əli Mirəliyev oxuyurdu? Mahnıları mən oxuyurdum, muğamları Əli Mirəliyev? Adamın sənəti, işi olmayanda ağzına nə gəldi danışar. İnsan bekar olanda, sənəti, işi olmayanda kənardan hər şeyə söz atır. Çünki vaxtı var, onu necəsə yola verməlidir".

Qeyd edək ki, müğənni Əli Mirəliyev xanəndə, Əməkdar artist Elnarə Abdullayevanı tənqid edib. Müğənni deyib ki, Elnarənin gözəl səsi, gözəl avazı var, amma muğam oxuya bilmir:

"Mərsiyə oxuyur, ağlaşma qurur. Niyə insanları buna öyrəşdirirsən? Tamaşaçını aldatmaq olmaz. Əgər oxuya bilirsənsə, Aygün Bəylər kimi düzgün oxu. Yaxşı səsi var. Ancaq onun oxuduğu muğam yox, mərsiyədir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər