“Fatehlərin divanı”nın ekrana qayıtması türkçülük şüurunun inkişafına böyük təsir göstərəcək

“Fatehlərin divanı”nın ekrana qayıtması türkçülük şüurunun inkişafına böyük təsir göstərəcək "Azərbaycan televiziyasında “Fatehlərin divanı” əsərinin yenidən ekrana qayıtması cəmiyyətimizdə milli-mənəvi dəyərlərin və türkçülük şüurunun inkişafına böyük təsir göstərəcək. Tariximizə yenidən nəzər salmaq mütləq vacibdir. Həm də bu kimi cəmiyyəti düşündürəcək, alt süura təsir göstərəcək əsərlər gələcəyimizə işıq salacaq mayakdır".

Avrasiya.net xəbər verir ki, bu sözləri news365.az-a açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk deyib.

“Bu gün tarixi verilişlərimizin çəkilməsinə böyük ehtiyac yaranıb. Bu baxımından Azərbaycan televiziyası unikal iş ortaya qoyur və alqışlanacaq addımlar atır. Görkəmli rejissorumuz Ramiz Həsənoğlu 1997-ci ildə “Fatehlərin divanı” əsərini ekranlaşdırarkən cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Bu gün onun rejissorluğu ilə əsərin yenidən ekrana qayıtması gənclər arasında böyük ruh yüksəkliyi yaradacaq”.

E.Eltürk tariximizə yenidən nəzər salmağın vacibliyinə də diqqətə çəkib:

“Gənc nəsil tariximizi, xüsusilə, ümumtürk tarixini yaxşı öyrənməlidir. Bu mövzuda filmlər və tamaşaların sayı çoxalmalıdır. Çünki görüntü ilə tarixi hadisələrin ekranlaşdırılması illərlə insanların yaddaşına həkk olunur. Babalarımızın keçmişdə buraxdığı səhvləri yenidən təkrarlamaq olmaz. “Fatehlərin divanı” əsəri bizə bir daha bunu xatırladacaq. Bu gün sosial şəbəkələrin, informasiya resurslarından yararlanıb belə verilişlərin təbliğatını artırmalıyıq ki, o, daha çox kütləyə çatsın. Qoy, bu kimi verilişlər, əsərlər günümüzün trendi olsun”, -deyə E.Eltürk bildirib.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər