Dünyanın ən çox qazanan aktyorları - İlk “10-luq”

Dünyanın ən çox qazanan aktyorları - İlk “10-luq”“Forbes” jurnalı 2024-cü ilin ən çox qazanan aktyorlarının reytinqini dərc edib.

Hesablamalarda agentlərdən, menecerlərdən, hüquqşünaslardan, həmçinin digər mənbələrdən alınan məlumatlardan istifadə edilib.

Kino sənayesi ilə əlaqəli olmayan gəlirlər hesablamalara daxil edilmir.

Reytinqin lideri, artıq Dueyn Consondur.

Keçən il o, 88 milyon dollar qazanıb ki, bunun da böyük hissəsi “Missiya: Mümkünsüz”, “Qırmızı” və “Moana 2” filmlərinin qonorarından gəlib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Rayan Reynolds (85 milyon dollar) və Kevin Hart (81 milyon dollar) tutub.

Həmçinin ilk “10-luq”da Cerri Seynfeld (60 milyon dollar), Hyu Cekman (50 milyon dollar), Bred Pitt (32 milyon dollar), Corc Kluni (31 milyon dollar) və Adam Sandler (26 milyon dollar) yer alıb.

Ən çox qazanan aktrisa isə 9-cu yerdə olan Nikol Kidman (31 milyon dollar) olub.

Siyahıya həmçinin Uill Smit (26 milyon dollar), Mariska Harqitay (25 milyon dollar) və Çenninq Tatum (24 milyon dollar) daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər