Füzulinin 530 illiyinə həsr olunmuş qiraət müsabiqəsinə yekun vurulub

Füzulinin 530 illiyinə həsr olunmuş qiraət müsabiqəsinə yekun vurulubRusiyanın Orenburq vilayətində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Şeir xəzinəsi: Füzuli irsi ilə dialoq” beynəlxalq qiraət müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Yaşar Məsimovun rəhbərliyi ilə Orenburq Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti (ARMM) tərəfindən təşkil olunan müsabiqə Rusiya, Azərbaycan, Qazaxıstan və Hindistandan olan iştirakçıları bir araya gətirib.

Müraciətlərin qəbulu 2024-cü il oktyabrın 15-də başlayıb və 2025-ci il yanvarın 31-də başa çatıb. Müsabiqədə 7-81 yaş arası 80 qiraətçi iştirak edib. Müsabiqə komissiyası təqdim olunan videoçarxları nəzərdən keçirərək dörd yaş qrupu, həmçinin “Tamaşaçıların rəğbəti mükafatı” xüsusi nominasiyası üzrə qalibləri müəyyən edib.

Orenburqdakı Azərbaycan Mədəniyyət Mərkəzində qaliblərin təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbirdə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri, eləcə də “Tamaşaçıların rəğbəti mükafatı”nın qalibi pul mükafatları və diplomlarla, qalan iştirakçılar isə sertifikatlarla təltif olunub.

Orenburq ARMM-nin sədri Yaşar Məsimovun qeyd etdiyi kimi, “müsabiqə bir daha sübut etdi ki, poeziya sərhəd tanımır və müxtəlif millətlərdən və yaşdan olan insanları birləşdirir. Füzuli irsi insanların qəlbində yaşamaqda və onları yaratmağa ruhlandırmaqda davam edir”.

Təşkilatçıların sözlərinə görə, iştirakçıların qiraət nümunələri 200 mindən çox baxış toplayıb. Müsabiqə müxtəlif mədəniyyətlərin və ölkələrin nümayəndələrini böyük şairin irsi ilə dialoqda birləşdirərək geniş ictimai rezonans doğurub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər