star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Biz nümunəvi ailə idik, amma ayrıldıq"

"Biz nümunəvi ailə idik, amma ayrıldıq""Ata qayğısı görməmişəm. Atam rəhmətə gedəndə 5 yaşım olub. Ata necə olur, onu yaşamamışam. Hər iki hissi də anamda görmüşəm. Amma çalışıram ki, oğlum o hissi yaşasın. Atanın necə olduğunu görsün, hiss etsin. Müəyyən qədər münasibətimizi balanslaşdırıram".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Pərvizə görə" verilişində deyib. Aktyor ayrıldığı həyat yoldaşı Aynurədən danışıb. Müşviq bildirib ki, oğlu Ukraynada yaşayır:

"Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Ayrılıq yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik, bir-birinizə necə diqqət ayırırsınız. Ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinfə gedəcək. Onu məktəbə yola salmaq üçün avqustda Ukraynaya gedəcəyəm".

Qeyd edək ki, Müşviq 2017-ci ildə ailə qurub. Cütlüyün boşanması 2023-cü ildə ortaya çıxıb. Onların bir oğul övladı var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər