İkiqat Oskar mükafatçısı arvadı ilə birlikdə ölü tapıldı
Dərc olunub:
27-02-2025, 13:50
Amerikalı aktyor, ikiqat Oskar mükafatı laureatı, 95 yaşlı Cin Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakava Nyu Meksiko ştatındakı evlərində ölü tapılıblar.
Kult.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Cütlüyün ölümünü Santa-Fe dairəsinin şerifi Adan Mendoza da təsdiqləyib.
Onların ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Cin Hekman “Bonni və Klayd”, “Dövlətin düşməni”, “Bağışlanmayan” kimi məşhur filmlərdə rol alıb.