“O atamın ölüsünə, ailəmə dil uzatdı”

“O atamın ölüsünə, ailəmə dil uzatdı”"Əli Nur oğlu şəhid olmazdan əvvəl də əsəbi olub, danışanda səsini qaldırıb, teatrda hamı onun xasiyyətini bilir. Nəyin kini, davasıdır ki, ayağı boyda uşağa bu sözləri deyib?".

Bu sözləri aktyor Cavidan Novruz "Künc-bucaq" yutub layihəsində deyib. O, Xalq artisti Əli Nurun onun və mərhum atası, Xalq artisti Ramiz Novruzla bağlı dediklərinə cavab verib:

"Mədəniyyət Nazirliyindən nümayəndələr atamın dəfninə gəldi və yasın bütün xərcini öz üzərinə götürdü. Əminəm ki, Əli Nur müsahibəmə özü baxmayıb. Demişəm ki, Əli Nur danışdı, mədəniyyət nazirliyinə səsləndi, amma orada nümayəndələr var idi. Sabahı gündə dediklərini dandı. Mən ona görə dedim ki, nümayəndələr var, danışmaq lazım deyildi. Deməmişəm, niyə gəlib? Dəliyəm belə deyim? Camaat məni yıxıb-sürüyür. Əli Nur insanları necə bu qədər inandırıb? Deyir ki, mən gəlməsəydim cəsəd ortalıqda qalmışdı. Düzdür, atamın nəşi teatrdan götürülmədi. Amma niyə ortalıqda qalsın?

Məni teatrdan çıxartdıracaq dərəcədə sözlər danışır. Məni virus adlandırır. Atamın ölüsünə dil uzadıb. Başa düşə bilmirəm ki, kim onu belə qızışdırıb? Çox haqsız sözlər danışdı. Ramiz Novruz gənclərə dəstək olub. Atam haqqında necə belə şeylər deyilə bilər? Məni yandırır bunlar".

C.Novruz atasının mərhum Xalq artisti Telman Adıgözəlov, Əməkdar artist Teymur Əmrahla küsülü olması iddiasına cavab verib:

"Atam biz övladları üçün heç nə etməyib. Məni teatra götürəndə atamın heç xəbəri olmayıb. Şəhid atası o demək deyil kiminsə ailəsinə dil uzatsın. Teymur Əmrah zəng edib ki, niyə mənim adımı çəkir? Telman Adıgözəlova son günə qədər "əmi" demişik. Atam vəfat edəndən sonra Əli Nur məni onun otağından çıxartdırdı". /Axşam.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər