Burada Sizin reklam ola bilər!

“Xeyir xəbər” tamaşası təqdim olunub

“Xeyir xəbər” tamaşası təqdim olunubYanvarın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Sumqayıt Dövlət Dram Teatrının “Xeyir xəbər” tamaşası təqdim olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərin yenilikçi baxış bucaqlarının müstəqil olaraq səhnədə öz həllini tapa bilməsi məqsədi ilə gənc rejissor Fuad Cavadzadənin quruluşunda Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında “Xeyir xəbər” tamaşası Sumqayıt Dövlət Dram Teatrında nümayiş olunub. Ötən mövsüm çox uğurla premyerası keçirilən tamaşa Sumqayıt ictimaiyyətinə, teatr sevərlərinə, müharibə veteranlarına, qazilərinə və şəhid ailələrinə təqdim olunub.

Növbəti dəfə Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə “Bölgə Teatrlarının Bakı premyeraları” layihəsi ilə Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə, tamaşaçılarına təqdim oldunub. Tamaşa, eyni zamanda, Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanıb.

Bu dəfə isə ölkənin əsas teatrlarından olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçıları teatrında Bakı teatrsevərlərinə, teatr ictimaiyyətinə, ziyalılarına və tamaşaçılarına uğurla təqim olunub.

Birhissəli qəhrəmanlıq dramı olan “Xeyir xəbər” tamaşasının bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşovdur, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika işləri isə Sahil Nəzərova məxsusdur.

Rollarda Əməkdar artist Elmira Kərimova aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov, Əmrah Cəbiyev çıxış edib.

Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz ruhlarına, müharibə veteranlarına, qazilərimizə ithaf olunub.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər