Sizin Reklam Burada

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilibAzərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Cəfər Cabbarlı – ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsi çərçivəsində görkəmli dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərinə səyahət təşkil edilmiş, həmçinin tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, Xızı ictimaiyyətinin də iştirakı ilə Xızıda hər il keçirilən ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilmişdir.

Bakıdan gedən tədbir iştirakçıları Cəfər Cabbarlının Xızıdakı abidəsini ziyarət edib, abidənin önünə çiçək dəstələri qoyduqdan sonra dahi dramaturqun ev muzeyinə yollanıblar.

Orada layihə rəhbəri, “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri əməkdar mədəniyyət işçisi Qəmər Bağırova tədbir iştirakçılarını salamlayaraq, layihə haqqında qısa məlumat vermişdir.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, prof. Asif Rüstəmli, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent. Firudin Qurbansoy, Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Hicran Sadıqzadə, Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova, “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayılov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Mövsüm Bağırov, AzTV-nin əməkdaşı, əməkdar artist Gülşən Əkbərova, Yasamal rayon MKS Q.Musabəyov adına 3 nömrəli Kitabxananın müdiri Arzu Xudayarova, C.Cabbarlının Xızıdakı ev muzeyinin direktoru Həcər Rəsulova və başqaları çıxış ediblər.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış incəsənət xadimləri Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş maraqlı proqram təqdim ediblər. Belə ki, Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist H.Mürvətova C.Cabbarlı poeziyasından nümunələr ifa edib. AzTv-n in solisti, respublikanın əməkdar artisti Rəşad İlyasov ədibin sözlərinə yazılmış mahnıları səsləndirib. Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi Nurlan Rzayev və Gimnaziyanın 8-ci sinif şagirdi Rəhimə Mənsimzadə tədbir iştirakçılarına C.Cabbarlının “Aydın” əsərindən bir parçanı təqdim ediblər.

Tədbir iştirakçılarından Yasamal rayon MKS Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının müəllimi Nurlan Rzayev və həmin Gimnaziyanın şagirdi Rəhimə Mənsimzadə Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştiraklarına görə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi tərəfindən Fəxri Fərmanlarla mükafatlandırılıblar.

Sonra tədbir çay süfrəsi arxasında davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər